Qurani-Kərimin nəzərində mömin kimdir?
Mьəllif: admin1
Tarix: 18-11-2019, 14:18
Qurani-Kərimin nəzərində mömin kimdir?

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ


"Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar və yalnız öz Rəbbinə təvəkkül edərlər."
(Ənfal surəsi, 2)

هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ ۚ مِلَّةَ أَبِيكُمْ إِبْرَاهِيمَ ۚ هُوَ سَمَّاكُمُ الْمُسْلِمِينَ مِنْ قَبْلُ وَفِي هَٰذَا لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ


"...O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. ...Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman olaraq adlandırdı." (Həcc surəsi, 78)

وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ

"İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!” deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət surəsi, 33)

Müsəlman olmağın ilk şərti tək İlah olan Allaha qulluq etməkdir. İslam əslində bu şərtin müxtəlif formalarda həyata keçirilməsidir.

Bu qanuna əsaslanmayan hər şey İslamdan kənardır, "cahilliyət"ə aiddir. Amma bu tək cümləylə ifadə edilən həqiqət, insanların zənn etdiyindən olduqca dərin mənalar daşıyır.

Çünki "cahiliyyət cəmiyyəti"nin nümayəndəsi olan, lakin özünü mömin hesab edən kəslərin heç biri Allahdan başqasına qulluq etdikləri düşüncəsinə sahib deyillər.

Əlbəttə, heç biri namaz qılarkən qarşılarına bir heykəl qoyub da ona tapınmırlar. Belə bir şey etmədikləri üçün də Allaha qulluq etdiklərini iddia edərlər.

Amma həqiqət heç də göründüyü kimi deyil. Bu ziddiyyət, "qulluq etmə" ifadəsinin, yalnız "bir varlığın qarşısında səcdə etmə" olaraq başa düşülməsindən qaynaqlanır.
"Qulluq etmə" ifadəsinin mənasını, "cahiliyyət cəmiyyəti"nin ona verdiyi yanlış və qısa tərifdə deyil, Quran ayələrində axtarmaq lazımdır:

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ

"Mən, cinləri və insanları yalnız Mənə qulluq etsinlər deyə yaratdım." (Zəriyət surəsi, 56)

Yuxarıdakı ayədə Allahın cinləri və insanları "yalnız Özünə qulluq etmələri üçün" yaratdığı bildirilir. Mömin, əlbəttə ki, bu təsvirə uyğun gələn, yəni Allahın yaratmasına uyğun olaraq "Ona qulluq edən" və ayənin ifadəsinə görə, Ona qulluq etməkdən başqa bir şey etməyən insandır.

Allaha qul olmağın nə demək olduğu və Allaha necə qul olmaqda aşağıdakı ayədə izah olunur:

قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ


De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!."
(Ənam surəsi, 162)

Ayədə bildirildiyi kimi, Allaha qulluq etmək, insanın yalnız 5 vaxt namazını və ya digər ibadətlərini deyil, bütün həyatını hətta ölümünü belə əhatə edir.

Mömin bütün həyatını Allaha qulluq etməklə keçirən insandır. Bunun qarşılığında Allahın razılığını, rəhmətini və sonsuz cənnətini qazanacaq.

Həyatını Allah rizası xaricindəki məqsədlərə yönəltmək isə Allahın Quranda bildirdiyi kimi "şirk"dir, yəni Allaha şərik qoşmaqdır. Peyğəmbərlər tarix boyu insanları Allaha şərik qoşmaqdan imtina etməyə çağırmışlar. Quranda bildirildiyinə görə bütün "cahiliyyət" cəmiyyətləri Uca Allaha şərik qoşan cəmiyyətlərdir.

Buna görə də hal-hazırda dünyanın böyük bir hissəsi də şirkə əsaslanan bir dinə mənsubdur. Bu dünyada ancaq mömin birlikləri təkcə Allaha qul edərək haqq dini yaşayarlar. Ayədə bildirildiyi kimi möminlər yalnız bunu söyləyər:

قُلْ يَا أَيُّهَا النَّاسُ إِنْ كُنْتُمْ فِي شَكٍّ مِنْ دِينِي فَلَا أَعْبُدُ الَّذِينَ تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ وَلَٰكِنْ أَعْبُدُ اللَّهَ الَّذِي يَتَوَفَّاكُمْ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُؤْمِنِينَ


De: “Ey insanlar! Dinimə şəkk edirsinizsə, bilin ki, mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”. (Yunis surəsi, 104)

Yaxşı, bəs onda insan Allaha necə qulluq edər? Yalnız bu müqəddəs işi görməkdən ibarət olan həyatını necə keçirər? Cahiliyyət cəmiyyətlərində zənn edildiyi kimi, bütün günlərini "əziyyət" içindəmi keçirər? Hərəkətsiz, sabit, içinə qapalı bir insan modelinimi yaşayar?

Tam əksinə, səmimi bir mömin Allaha qəlbən təslim olmağın verdiyi əmin-amanlıq, hüzur və rahatlığın sevincini yaşayar. Sahib olduğu və gördüyü hər şeyin Allahın lütfü olduğunu bilər, bu nemətlərin verdiyi sevinc və həyəcanı yaşayar.

Bir sözlə, mömin şən, gülərüzlü, qayğısız, əzmkar, keyfiyyətli bir insandır. Yalnız Allah üçün yaşayar, Allah üçün çalışar, Allahı razı salmaq üçün özünə verilən bütün imkanlardan istifadə edər.

Bilinməlidir ki, həqiqi İslam dinini tanımayanların zənn etdiyinin əksinə, insanı çətinliyə salan əsl şey din əxlaqından, Allah sevgisindən və Allah qorxusundan uzaq yaşamaqdır. Yalnız Allaha qul olan adam isə mümkün qədər sərbəst, rahat, şən və xoşbəxtdir. Onu zəncirləyən "saxta ilah"ların boyunduruğundan xilas olmuşdur.

"İnsanlar haqqımda nə düşünər?", "filankəs məni sevməsə nə edərəm?", "işdən atılsam nə olar?" kimi milyonlarla qorxu ondan uzaqlaşmışdır.

Aciz, zalım, ağılsız və heç bir şeyə gücü çatmayan milyonlarla xəyali ilaha qulluq etmənin təzyiqindən xilas olub, hər şeyə gücü çatan, sonsuz ağıl və gözəllik sahibi, hər şeyi idarəsi altında saxlayan, sonsuz şəfqət və ədalət sahibi olan Allaha bağlanmışdır. O, Quranda bildirildiyi kimi "ən möhkəm ip yapışmışdır. Ayədə belə buyurulur:

ا إِكْرَاهَ فِي الدِّينِ ۖ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ ۚ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِنْ بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ لَا انْفِصَامَ لَهَا ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ


"Dində məcburiyyət yoxdur. Şübhəsiz, doğru yol azğınlıqdan aydın fərqlənir. Artıq kim tağutu inkar edib Allaha iman gətirərsə, o, heç vaxt qırılmayan ən möhkəm bir dəstəkdən yapışmışdır; bunun qopması yoxdur. Allah, eşidəndir, biləndir." (Bəqərə surəsi, 256)

Necə ki, Quranda yalnız Allaha qulluq etməyə dəvət edən peyğəmbərlərin sərbəstləşdirici və "zəncirlərdən xilasedici" xüsusiyyəti belə bildirilmişdir:

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الْأُمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِنْدَهُمْ فِي التَّوْرَاةِ وَالْإِنْجِيلِ يَأْمُرُهُمْ بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنْكَرِ وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَائِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالْأَغْلَالَ الَّتِي كَانَتْ عَلَيْهِمْ ۚ فَالَّذِينَ آمَنُوا بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُوا النُّورَ الَّذِي أُنْزِلَ مَعَهُ ۙ أُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

"O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri, xəbər gətirən və yazıb-oxumaq bilməyən elçinin ardınca gedərlər. O onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. (Əraf surəsi, 157)

Digər bir ayədə isə Allah, möminlərin xüsusiyyətlərini belə bildirir:

إِنَّ الْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْقَانِتِينَ وَالْقَانِتَاتِ وَالصَّادِقِينَ وَالصَّادِقَاتِ وَالصَّابِرِينَ وَالصَّابِرَاتِ وَالْخَاشِعِينَ وَالْخَاشِعَاتِ وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّائِمِينَ وَالصَّائِمَاتِ وَالْحَافِظِينَ فُرُوجَهُمْ وَالْحَافِظَاتِ وَالذَّاكِرِينَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّهُ لَهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا

"Şübhəsiz, Müsəlman kişilər və Müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, qəlbən (Allaha) itaət edən kişilər və qəlbən (Allaha) itaət edən qadınlar, sadiq kişilər və sadiq qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, hörmətlə (Allahdan) qorxan kişilər və hörmətlə (Allahdan) qorxan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və Allahı çox zikr edən qadınlar; (məhz) bunlar üçün Allah bir bağışlanma və böyük bir mükafat hazırlamışdır." (Əhzab surəsi, 35)

Möminin Allahla səmimi və yaxın bir əlaqəsi vardır. Allah onun tək dostu, tək yardımçısıdır. Quranda hz. İbrahimin (ə.s) Allahla olan yaxın əlaqəsi müsəlmanlara nümunə olması üçün belə xəbər verilir:

ضَرَبَ اللَّهُ مَثَلًا رَجُلًا فِيهِ شُرَكَاءُ مُتَشَاكِسُونَ وَرَجُلًا سَلَمًا لِرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ


"Allah (özünə şərik qoşanlar üçün) bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bilmir". (Zumər surəsi, 29)

Möminin ən böyük xüsusiyyətlərindən biri də qürurdan, özündən razılıqdan, digər bir sözlə, sanki özünü ilahlaşdırmaqdan xilas olmuş olmasıdır. Allaha qəlbən təslim olub, Ona sığınan bir mömin heç Allahdan qorxmayan insanlar isə nə vəzifəyə gəlirlərsə gəlsinlər şəxsi mənfəətləri arxasınca qaçar, mövqe, şöhrət, mal, mülk əldə etmə yarışına girərlər. Buna görə də, belə insanların söz sahibi olduğu bir cəmiyyət həyatında heç vaxt əsl mənada hüzur və xoşbəxtlik yaşanmaz.

Səmimi mömini saxta dindarlardan fərqləndirən ən diqqətə çarpan xüsusiyyətlərindən biri də, dini izah edərkən insanlardan heç bir mənfəət güdməməsidir. Hədəfi pul, mal, mövqe və ya insanların rəğbətini qazanmaq deyil, yalnız Allahın məmnuniyyətini qazanmaqdır.

O "əcrini" (mükafatını) yalnız Allah Qatında axtarar. Quranda bu mövzuda peyğəmbərlərin nümunəvi əxlaqından nümunələr verən bir çox ayə vardır. Bunlardan bir neçəsi belədir:

فَإِنْ تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُمْ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ


"Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istəmədim. Mənim mükafatım ancaq Allahdadır. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir”. (Yunis surəsi, 72)

أُولَٰئِكَ الَّذِينَ هَدَى اللَّهُ ۖ فَبِهُدَاهُمُ اقْتَدِهْ ۗ قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ هُوَ إِلَّا ذِكْرَىٰ لِلْعَالَمِينَ


Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu Kitab aləmlər üçün yalnız bir öyüd-nəsihət və xatırlatmadır”. (Ənam surəsi, 90)

Müsəlman həmçinin üstün bir əxlaq sahibidir. Dünyəvi, kiçik macəraların arxasınca qaçmadığı üçün, anlayışlı, mərhəmətli və bağışlayıcıdır. Hissləriylə deyil, ağlıyla hərəkət edər, qəzəblənməz. Fədakar, köməksevər və incə düşüncəlidir. Möminlərin bu gözəl xüsusiyyətləri Quranda belə bildirilir:

وَالَّذِينَ صَبَرُوا ابْتِغَاءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَنْفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُولَٰئِكَ لَهُمْ عُقْبَى الدَّارِ


"O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Bu yurdun (dünyanın) gözəl nəticəsi (axirət xoşbəxtliyi) onlar üçündür." (Rad surəsi, 22)

الَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ

"Onlar, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyənlər, qəzəblərini boğanlar və insanlardakı haqlarından bağışlamaq yolu ilə vaz keçənlərdir. Allah yaxşı iş görənləri sevir". (Ali İmran surəsi, 134)

خُذِ الْعَفْوَ وَأْمُرْ بِالْعُرْفِ وَأَعْرِضْ عَنِ الْجَاهِلِينَ

"Sən bağışlama yolunu tut, (İslam dininə) uyğun olanı əmr et və cahillərdən üz döndər." (Əraf surəsi, 199)

وَجَزَاءُ سَيِّئَةٍ سَيِّئَةٌ مِثْلُهَا ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى اللَّهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ

"Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və islah etsə, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir." (Şura surəsi, 40)

وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا

"Onlar yalandan şahidlik etməz, boş və faydasız şeylərə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər." (Furqan surəsi, 72)

وَيُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا


"Ona qarşı duyduqları sevgiyə baxmayaraq, yeməyi yoxsula, yetimə və əsirə də yedirdərlər".
(İnsan surəsi, 8)

Ancaq bunu da ifadə etmək lazımdır ki, əlbəttə, möminin səhvləri də olacaq. Bu, onun insan və dolayısı ilə bir qul olmasının tələbidir. Amma saleh müsəlman dərhal etdiyi səhvlər üçün Allahdan bağışlanma diləyər və onları tamamilə düzəldər. Heç bir səhv onu ümidsizliyə salmaz, çünki o, Allahın sonsuz rəhmətinə sığınmışdır. Quranda bu mövzu belə xəbər verilir:

وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَلَمْ يُصِرُّوا عَلَىٰ مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ


"Onlar, pis bir iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb dərhal günahlarından ötrü bağışlanma diləyənlərdir. Günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar bilə-bilə etdikləri şeylərə (pis əməllərə) görə israr etməzlər". (Ali İmran surəsi, 135)

Möminin dostu Allah və Allaha dost olan digər möminlərdir. Əgər Allaha düşmən isə, ən yaxını belə artıq onun üçün dost deyil. Allaha bağlanmış bir mömin də, aralarında imandan başqa heç bir ortaq xüsusiyyət (nəsil, sosial status, maddi imkanlar kimi) olmasa belə onun qardaşıdır. Allah üçün sevmənin verdiyi üstünlüyə nail olmuşdur; Allahın razı olduğu insanları sevər.

Müsəlmanın ağlı da açıqdır. Allaha güvəndiyi və özünü Ona təslim etdiyi üçün beynini qurcalayan lüzumsuz qorxular, narahatlıqlar, kədərlər yoxdur. "Sağlam düşüncə" sahibidir. Bu səbəblə də böyük və geniş düşünə bilər, hadisələrin incəliklərini, dolaşıq tərəflərini dərk edər. Məlumat, hikmət və ağıl sahibidir.

Dünyada müvəqqəti olaraq yaşayır. Təlimdən keçəcək, ruhu hər keçən gün daha da nəcibləşəcək, əsl yurduna, axirətə hazırlanacaq. Burada özünə yazılan tarix isə Allahın saleh qullarına yaraşacaq şəkildə şan və şərəflə.

İlahiyyatcı Həmzə Rüstəmov

Ahlibeyt.ge



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031