İnsanın dəyəri – onun çalışqanlığına görədir
Hümmət və zəhmət çəkib iş görmək – hər bir müsəlmanın üzərində olan vəzifədir. Bu vəzifə haqqında Məsumların (ə) buyurduqlarına nəzər salaq.
Həzrət Peyğəmbər (s) buyurur: “Halal ruzi qazanmaq – hər bir müsəlman qadın və kişiyə vacibdir”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Bəzi günahlar namaz və sədəqə yolu ilə belə, bağışlanmır”. Sual verirlər ki, bəs hansı əməllər vasitəsilə bağışlana bilər? Həzrət (s) buyurur: “Ruzi qazanmaqda ciddi olmaq və səy etməklə”. Həzrət Peyğəmbər (s) buyurur: “İbadət on hissədən ibarətdir ki, onun doqquzu – halal ruzi əldə etmək üçün səy etməkdədir”. İmam Əli (ə) buyurur: “İş görəndə onu sona çatdırın. Bu zaman səbirli və təqvalı olun”. İmam Əli (ə) buyurur: “O az (xeyir) iş ki, davamlı edirsən, yorulduğun çoxlu işdən daha ümidvericidir”. İmam Əli (ə) buyurur: “Nə zaman bir işi görməkdən qorxsan, özünü ona tərəf at. Çünki o işdən qorxmaq, onu yerinə yetirməkdən daha çətindir”. İmam Əli (ə) buyurur: “Şərafət uca hümmətlərlədir, nəinki qurumuş sümüklərlə”. İmam buyurur: “Hümmətini o şeylərə sərf et ki, ona ehtiyacın vardır. O şey ki, işinə yaramır – onun ardınca getmə”. İmam Əli (ə) buyurur: “İnsanın dəyəri – onun hümmətinə görədir, nəinki sərvətinə görə”. İmam Əli (ə) buyurur: “Hər kəsin ölçüsü – hümmətinin dərəcəsinə görədir”. Həzrət Əli (ə) buyurur: “İnsanın qəfləti üçün elə bu kifayətdir ki, hümmətini işinə yaramayan şeylərə sərf edər”. İmam Əli (ə) buyurur: “Müvəffəqiyyətin bəlası – tənbəllikdir”. İmam buyurur: “O kəs ki, davamlı olaraq tənbəllik edər – arzularına çatmaqda nakam qalar”. İmam Həsən Müctəba (ə) buyurur: “Dünya üçün elə işlə ki, sanki həmişəlik burada olacaqsan. Axirətin üçün elə işlə ki, sanki sabah dünyadan gedəcəksən”. İmam Sadiq (ə) buyurur: “Allahım! Mən qəm və qüssədən, tənbəllik və gücsüzlükdən sənə pənah aparıram”. /Deyerler.org/ Oxşar xəbərlər
|