İmam Zaman ağa (ə.f) hansı silah ilə zühur edəcəkdir?
Hədislərdə oxuyuruq ki, İmam (ə.f) zühur edən zaman qılıncla zühur edəcəkdir. İmam Zaman ağanın (ə.f) zühur edən zaman hansı silahla gələcəyi barəsində iki nəzər vardır:
1. Qılınc deyildikdə həqiqi qılınc nəzərdə tutulmur. Bəlkə məqsəd həmin dövrün silahlarıdır. 2. İmamın (ə.f) silahı qılınc olacaqdır, müasir silahlar deyil. Bu dəstə insanlara sual verilir ki, bəs Həzrət (ə.f) ancaq qılıncla müasir silahların qarşısında nə edəcəkdir? Bunun üçün bir neçə ehtimal irəli sürülmüşdür: 1. Baxmayaraq ki, İmam (ə.f) qılıncla zühur edəcəkdir, Allah həmin qılıncda elə qüdrət və möcüzə qoyacaqdır ki, bütün müasir silahları məhv edəcəkdir. 2. Allah, zühur əsrində bütün müasir silahları işdən salacaq və insanlar məcbur olub qılıncla vuruşacaqlar. 3. Həzrət (ə.f) düşmənlərin qəlbinə qorxu salmaq yolu ilə qalib olacaqdır. Belə ki, onlar heç bir silahdan istifadə etməyə qadir olmayacaqlar. 4. İmkan verilir ki, düşmən ordusu Həzrətin (ə.f) möcüzələrini görəndən sonra zalım rəhbərə itaətsizlik edib, bu silahlardan istifadə etməyəcəklər. Tarixə nəzər salsaq görərik ki, dahi insanların əksər hissəsi düşmənin qəlbinə qorxu salaraq, silahsız halda onları məğlub ediblər. Necə ki, Rəhmətlik İmam (r) etmişdi. O, düşmən ordusuna silahsız qalb gəlmişdi. Uca Allah hər şeyə qadirdir. Ona görə də hər hansı ehtimalla olsa belə, İmam (ə.f) düşmənə qalib gələcək və ədalətli bir dövlət təsis edəcəkdir ki, orada heç kəsə zülm olmayacaq və heç kəs əziyyət çəkməyəcəkdir. (Deyerler.org) Oxşar xəbərlər
|