Namazı öz vaxtında elə qıl ki, sanki sonuncu namazındır
Ustad Möhsün Qiraəti buyurur: Xuşu[1] – insanın ibadətdə itaətkar olması və Allah-təalanın dərgahında bəndəlik mövqeyinə tam diqqətli olmasının nəticəsidir.
Öz ehtiyaclılığını və acizliyini bilərək ilahi əzəməti və kamalı dərk edən insan ibadətdə özünü bənzərsiz və hər şeyi bilən Allah-təalanın qarşısında tapır. Yəni insan belə bir hala uyğun rahatlıq tapır, belə bir halda itaətkar olur, baxışları yerə dikilir və diqqəti hər bir başqa şeydən kəsilərək məbuda yönəlir. Quranda möminlərin və onların ibadətlərinin təsviri zamanı buyurulur: الَّذِينَ هُمْ فِی صَلاَ تِهِمْ خَشِعُونَ –O kəslər ki, namazlarında həm ürəkləri və həm də bədənləri ilə itaətkardırlar. [2] Bu hal həmin diqqətin məhsuludur. Bir hədisdə deyilir: اُعبُدِ اللّهَ کَاءَنَّکَ تَراهُ –Allaha elə ibadət et ki, sanki Onu görürsən. [3] فَصَلِّها لِوَقتِها صَلاةَ مُوَدَّعٍ –Namazı öz vaxtında elə qıl ki, sanki sonuncu namazındır.[4] Yəni daim bu halda ol ki, sanki yalnız bu namaz üçün fürsət qalıb. [1] Xuşu – insanın hər hansı bir əzəmət və ya həqiqət qarşısında təvazökarlığı, özünü kiçik tutmasıdır. Qurani-kərimdə namaza başlamaq yox, itaətkarcasına namaz qılmaq möminlik əlaməti hesab olunur. [2] Möminun surəsi, 2-ci ayə. [3] Misbahüş-şəriə, səh. 8. [4] Biharul-ənvar, 84-cü cild, səh. 233. www.ahliman.info Oxşar xəbərlər
|