Aşiqlər üçün azan səsini eşitmək görüş anının çatdığını elan etmək deməkdir
Mьəllif: admin1
Tarix: 20-11-2019, 13:51
Aşiqlər üçün azan səsini eşitmək görüş anının çatdığını elan etmək deməkdir
Ustad Möhsün Qiraəti buyurur: İbadətdə abidin ruh yüksəkliyinə və onun öz pərəstişindən həzz almasına səbəb olacaq amil Allah-təalaya olan məhəbbət və Onunla danışmaq coşqusudur.

Ruhsuz, halsız və süst halda edilən ibadət­lər Allahla danışmağa və dua etməyə həvəsin olmamasının göstəricisidir. Duada oxuyuruq:

وَ اجْعَلْ نِشاطِی فی عِبادَتِکَ…

Allahım! Sənə ibadətdə mənə ruh yük­səkliyi əta et. [1]

İbadətdən həzz almayanlar dadlı yeməklər­dən həzz ala bilməyən xəstələrə bənzəyərlər.

Əgər bu istək və şövq olmazsa, artıq kənardan hər hansı bir təbliğata, təşviq və həvəsləndirməyə də ehtiyac qalmaz. Əksinə, daxili motivasiya insanı ibadətə sövq edir və məşhur, populyar bir şəxsiyyətlə görüş­mək üçün səbirsizlənərək həmin görüşdən şad olduğumuz kimi, ibadət etməkdən də sevincli oluruq.

Aşiqlər üçün azan səsini eşitmək görüş anının çatdığını elan etmək deməkdir. Həzrət Peyğəmbər (s) Bilala belə buyurmuşdu:

Ey Bilal, bizi qəm-qüssədən xilas et! [2]

Bu, Həzrətin (s) namaza münasibətdə vəsfəgəlməz şövqünü göstərir.


[1] Xəmsə-əşər münacatı , 7-ci dua.

[2] Muhəccətul-bəyza, 1-ci cild, səh. 377.


(ahliman.info)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031