İnsanın dəyəri nə qədərdir? Meyarı bilmək olurmu?
İnsanın ağlı, onun qəlbindən qeyri bir üzvdür. Hədislərimiz buyurur ki, sizin ölçünüz, əslində qəlbinizdə olanların ölçüsü qədərdir.
Ona görə də Qiyamət günü qəlbimizdə olanlara görə ölçülərik. Axirət tərəzisi doğru tərəzidir və onda səhvə yol verilməz. Qəlbində Allahın yeri hər nə qədər çox olarsa, həmin insanın dəyəri də bir o qədər çox olar. Ona görə də bu dünyada əldə etdiyimiz mərifəti gərək qəlbimizlə qəbul edək və dərk edə bilək. Əks halda ancaq dilimizdə oxumaqla kifayətlənsək, həmin elmin bizə heç bir faydası olmayacaqdır. Əmirəl-möminin (ə) buyurur: “Peyğəmbərdən (s) daha alimi və daha nuranisi yox idi. Ancaq o, ətrafında olanların əksər hissəsini adam edə bilmədi. Onlar da Peyğəmbərdən (s) istifadə etməyi bacarmadılar”. Ayətullah Müctəhidi buyurur: “Bəzən insan elə vəziyyətdə qərar tutur ki, əgər Allah onunla birbaşa danışarsa belə, onu qəbul etməz. Bəzilərinin yaxşı müəllimləri vardır. Qəlbləri ilə deyil, ağılları ilə qulaq asdıqları üçün adam ola bilmədilər. Hər kim söz ticarəti üçün dərsə gələrsə, adam olmaq üçün gəlməz. Adamda elə hallar meydana gələr ki, mövzuya aid suallar verər və ruhunun susuzluğunu bu yolla təmin etmiş olar”. Qiyamət günü Allah bizi adam olmağımıza görə mühakimə edər, malik olduğumuz məlumatlara görə deyil. İmam Əli (ə) buyurur: “Allahın rəhməti o kəsin halına şamil olar ki, bilər haradan gəlibdir, haradadır və hara gedəcəkdir”. Həzrət Əli (ə) başqa yerdə buyurur: “Əgər sən haradan gəldiyini bilmirsənsə, hara gedəcəyini də bilməzsən”. Ona görə də Allah bizi bu dünyaya adam olmaq üçün göndərmişdir. Bizə təqdim etdiyi mərifəti, elmi, əqidə və əxlaqı qəlbimizlə dərk etməliyik, ağlımızla deyil. Əgər qəlbimiz bu elmlərdən boş olarsa, axirətdə də dəyərimiz az olacaqdır. Çünki Allah bizi qəlbimizdə olanlara əsasən qiymətləndirəcəkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|