Həqiqi Əhli-Beyt (ə) davamçılarının ən mühüm nişanələri
İmam Sadiq (ə) buyurur: “Bizim davamçılarımızı namazın vaxtı ilə bağlı imtahan edin ki, necə ona əhəmiyyət verirlər.
Necə bizim sirlərimizi düşmən yanında ifşa etmirlər. Həmçinin malları ilə imtahana çəkin ki, necə başqa qardaşlarına yardım edirlər”. İmam Cəfər Sadiqin (ə) bu nurani hədisində Əhli-Beyt (ə) davamçılarının nişanələri gizlənmişdir. Bu nişanələr ibarətdir: 1. Namazı əvvəl vaxtda qılmaq. Həqiqi Əhli-Beyt (ə) davamçısının nişanələrindən biri budur ki, harada olursa-olsun, namazı əvvəl vaxtda qılar. İmam Əli (ə) Malik Əştərə tövsiyəsində buyurur: “Ən üstün vaxtını namaz üçün qərar ver!”. 2. Sirr saxlamaq. 3. Mallarını necə xərcləmək. İmam Sadiq (ə) buyurur ki, həqiqi Əhli-Beyt (ə) davamçısını malı ilə imtahana çəkin. Bu zaman görəcəksiniz ki, necə din qardaşlarına yardım edir və yoxsulların əlindən tuturlar. Müasir zamanda maddiyyat ön plana keçmişdir. Çünki ruzi qazanmaq çətin olmuşdur. Cəmiyyətdə oğurluq, rüşvət, qarət, fırıldaqçılıq , mənimsəmək və s. eybəcər xislətlər çoxalmışdır. Bir çox cavanlar bu səbəbdən evlənə bilmirlər. Ona görə də əgər möminin həqiqi Əhli-Beyt (ə) davamçısı olduğunu bilmək istəyiriksə, görərik ki, necə din qardaşlarının əlindən tutur və onların müşküllərinin həllinə yardım edirlər. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim möminin bir ehtiyacını aradan qaldırarsa, Allah onun çoxlu hacətlərini rəva edər ki, onların ən azı – behiştdir”. İmam Kazım (ə) buyurur: “Həqiqətən, Allahın yer üzərində bəndələri vardır ki, insanların ehtiyacını aradan qaldırmaq üçün çalışarlar. Onlar Qiyamət günü amandadırlar”. Ona görə də deyə bilərik ki, həqiqi Əhli-Beyt (ə) davamçısını əməl meydanında tanımaq olar. /Deyerler.org/ Oxşar xəbərlər
|