Həzrət Əli (ə): “Heç bir mömin xəstələnməz məgər o halda ki, biz də ona görə xəstə olarıq…”
Mьəllif: admin1
Tarix: 26-11-2019, 20:00
Həzrət Əli (ə): “Heç bir mömin xəstələnməz məgər o halda ki, biz də ona görə xəstə olarıq…”
Rəmiləh – Əmirəl-möminin (ə) xüsusi səhabələrindən idi və o, nəql edir: “Əmirəl-mömininin (ə) zamanında möhkəm xəstələnmişdim. Yavaş-yavaş halım yüngülləşdirdi.

Cümə günü idi. Mən qərara gəldim ki, cümə qüslü alıb, məscidə gedəm və İmamın (ə) arxasında namaz qılım.

Bu işi gördüm. O zaman ki, İmam (ə) Kufənin minbərində əyləşdi, xəstəliyim geri qayıtdı. İmam (ə), namazdan sonra məsciddən çıxdı və mən də onun ardınca getdim.

Mənə nəzər salıb, buyurdu: “Səni qəmgin görürəm? Başa düşdüm ki, xəstəsən. Öz-özünə dedin ki, xəstəliyin yüngülləşibdir. Ona görə qüsl alıb, namaz qılmaq üçün məscidə gəldin.

Ey Rəmiləh! Heç bir mömin xəstələnməz məgər o halda ki, biz də ona görə xəstə olarıq. Qəmləri bizə çatmaz, məgər o halda ki, biz də qəmgin olarıq.

Elə bir dua etməz, məgər o halda ki, onun üçün “Amin!” deyərik. Nə zaman sussa, onun üçün dua edərik.

Ey Rəmiləh! Aləmin şərq və qərbində elə bir mömin yoxdur ki, bizim nəzərimizdən gizli olsun. Halbuki, biz onunlayıq və o da bizimlədir”.

Allahım, bizləri Əhli-Beyti (ə) dərk edənlərdən qərar ver!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031