Məşhur günahkarın tövbə hekayəsi
Mьəllif: admin1
Tarix: 26-11-2019, 20:04
Məşhur günahkarın tövbə hekayəsi
Əgər Allah tövbəmizi qəbul edərsə, deməli bizə rəhmət gözü ilə baxır. “Və bizim üçün bu dünyada (yaşayış, itaət və aqibətdə)və axirətdə (hesabda, şəfaətdə və cənnətdə) yaxşılıq yaz. Çünki biz Sənə tərəf qayıtmışıq».

Buyurdu: “(xilqətin kamil quruluşunda hikmət əsasında) istədiyimi əzabıma düçar edərəm və rəhmətim hər bir şeyi əhatə etmişdir””. (“Əraf” 156).

Nəql edilir ki, Şəvanəh Bəsriyyə fəsad məclisində idi və qayıdan zaman kənizləri ilə bir məhəllədən keçirdi. Bir evdən nalə səsləri gəlirdi.

Şəvanəh kənizini göndərir ki, görsün nə baş vermişdir. Kənizi gedir və qayıtmır. İkinci kənizi də onun kimi gedir və qayıtmır.

Şəvanəh üçüncü kənizinə tapşırır ki, getsin və tez qayıtsın. Kənizi gedir və sürətlə geri qayıdır. Deyir ki, orada bir xətib xütbə oxuyur və insanlar da ağlayırlar.

Şəvanəh özü gedir və bu zaman xətib bu ayəni tilavət edirdi: “(Həmin yandıran od) uzaqdan onları görəndə, onlar (kafirlər) onun hiddət və qəzəb nərəsini və şölələrinin səsini eşidərlər.

Əl-ayaqları bağlı və bir-birinə zəncirlənmiş halda həmin odda dar bir yerə atılan zaman, onlar orada ah-vay və ölüm diləmək fəryadı ucaldarlar”. (“Furqan” 12-13).

Bu ayə ona təsir qoydu və cəhənnəm bir anlıq gözündə canlandı.

Xətibdən soruşdu: “Əgər mən tövbə etsəm, Allah qəbul edərmi?”

Xətib dedi: “Bəli, hətta əgər Şəvanəhin etdiyi günah qədər günah etsən, Allah tövbəni qəbul edər”.

Şəvanəh xətibə deyir: “Ey Şeyx! Şəvanəh mənəm. Artıq bir daha günah etməyəcəyəm”.

Sonra ağlamağa başladı. Ona dedilər: “Bu qədər ağlama, kor olacaqsan”.

O, isə dedi: “Dünyanın korluğu axirətin korluğundan daha yaxşıdır”.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031