Behiştə hesab vermədən daxil olanlar
Qurani-Kərim buyurur: “Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq”. (“Kəhf” 105).
Quran və hədislərin buyurduğuna görə, Qiyamət günü tərəzi olacaqdır: birinci tərəzi Quranı ölçəcəkdir və sonra insanları Quranın çəkisi ilə müqayisə edərək ölçəcəkdir. Hər kəsi Quranla ölçməzlər. O kəsi ölçərlər ki, bu hərəmə yol tapmış olsun və onun dəyərinin nə qədər ağır olduğunu göstərə bilsin. Salman, Əbuzər kimilərini Quranla ölçərlər ki, Qiyamət günü tərəzinin abrı qorunmuş olsun. Qiyamət günü hər kəsin bir ölçüsü olar, hətta peyğəmbərlər (ə) belə ölçülərində bərabər deyildirlər. Əgər bizim namaz, oruc və başqa ibadətlərimizi Quran ölçərsə, bizi çox saxlamaz və işimizə tez baxar. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü möminin gözləməsi hansı ölçüdə olursa-olsun, o işıq zamanı ki, buluddan sıçrayar və sönər – ondan belə az olar”. Əgər insanların hesab verməsində Allah sürətli olmasaydı, dünyada insanların ruzisini də tez verməzdi və hər gün bir neçə milyon insan aclıqdan ölərdi. Ancaq Allahın hesabı tezdir. İmam Sadiq (ə) buyurur: “Sizin iki rükət namazınızı Allah qəbul etsə, əmr edəcəkdir ki, əməl dəftərini açmasınlar. Həmin iki rükətli namaz ona nicat verəcəkdir”. Əmirəl-möminin (ə) buyurur: “Bəzilərini Qiyamət günü ağırlığın şiddətindən ölçməzlər. Çünki deyərlər ki, bu insanın çəkisi tərəzinin, yəni Quranın çəkisi qədərdir. Ona görə də onu çəkməyə ehtiyac yoxdur”. Bəs kimləri bu tərəzidə çəkməzlər? İmam Əli (ə) bu haqda buyurur: “Qiyamət günü övladım Hüseyni (ə) və 72 tərəfdaşını çəkməzlər. Çünki onlar tərəzinin ağırlığı qədərdirlər”. Qurani-Kərimdə bu barədə buyurulur: “Qiyamət günü bir dəstə ilə hesab vermədən rəftar edərəm. Əməl dəftərlərini hesaba çəkmərəm. Çünki onların özü – hesab, nur və həqiqətdirlər”. Deməli, bu insanlar o qədər əzəmətlidirlər ki, aləm onları özünə sığışdıra bilmir. Yolumuzun üstündə olan bu qədər tikanları yığışdıra bilsək, onlarda tikə-tikə olmasaq, qıldığımız namazlara diqqət etsək, Quran əhli olsaq – bəlkə biz də onlardan ola bilərik. O tikanlar ki, hər gün yolumuza çıxırlar: yalan, töhmət, qeybət, fitnə, fəsad... /Deyerler.org/ Oxşar xəbərlər
|