Kişinin öz xanımından 10 gözləntisi
Kişilər həmişə öz xanımlarından hansısa gözləntidə olarlar. Onu dillərinə gətirməsələr də, həmişə bu şeyləri xanımlarında görmək istəyərlər.
Bəs bu gözləntilər hansılardır? 1. Əgər ailədə qadının əmək haqqı kişinin qazancından çoxdursa, kişi daima bu haqda düşünər. Çünki ailənin maddi təminatı onun boynundadır. Bu əməl istər-istəməz onların rabitələrinə mənfi təsir qoyar. Ona görə də qadın kişinin bu hisslərini başa düşməli və onunla bu haqda danışmalıdır. Bu ağır maddi çətinliklər dünyasında ona dəstək olmalıdır. Eyni zamanda, qazanclarını birləşdirə bilərlər ki, bu amil gözə çarpmasın 2. Məhəbbət göstərmək. Kişilər daima qarşı tərəfdən diqqət gözləyərlər. Əlbəttə, bu əməl hər iki tərəfə aiddir. Ancaq kişilər qadınlardan daha çox sevgiyə ehtiyac duyarlar. Ona sevgi dolu bir söz demək, ya hansısa diğər formada məhəbbəti büruzə vermək - vacibdir. 3. Xanımlar üçün dayaq olmaq istəyərlər. Hər bir kişi ailə başçısı olaraq, ailənin dayağıdır. Yəni, hər bir ailə üzvü bilməlidir ki, onların arxasında böyük bir dayaq vardır. Bu hissi isə ailə üzvlərinə ötürən şəxs – anadır. Ona görə də ilk olaraq ana bu həqiqəti qəbul etməli və sonra onu övladlarına ötürməlidir. 4. Dərk etmək. Kişi əgər bilsə ki, xanımı onu həmişə başa düşür, özünə inamı artar. Bunu bilməyin yolu isə ünsiyyət qurmaqdadır. Çalışın gün ərzində ən azı yarım saat bir-birinizlə ünsiyyət qurasınız. 5. Tərifləyin. Kişilərin təbiəti belədir ki, təriflənməyi sevirlər. Ancaq hər kəsdən deyil, məhz xanımları və sevdikləri insanlar tərəfindən. 6. Onu olduğu kimi qəbul edin. Bu dünyada ideal insan yoxdur və hər kəsin zəif cəhətləri vardır. Ona görə də qarşı tərəfi olduğu kimi qəbul edin, onu dəyişdirməyə çalışmayın. 7. Onun qulaq asmağa məcbur etməmək. Əgər həyat yoldaşınız yorğundursa, ya işlə məşğuldursa, onu sizin sözlərinizə qulaq asmağa məcbur etməyin. Onu başa düşün və söhbətinizi sonrakı fürsətlərə saxlayın. 8. Ona ehtiram göstərin. Səmimi həyat ehtiram olmadan mümkün deyildir. Hər bir xanım öz həyat yoldaşına ehtiram qoymalı və onu ailə üzvləri arasında əziz tutmalıdır. 9. Bəzən onu öz halına buraxın. Bəzən insan özü ilə xəlvət etmək istəyir. Bu zaman həll olmamış mövzular haqqında düşünər və yeni enerji əldə edər. Ona görə də qarşı tərəfə də bəzən belə şanslar verin. 10. Ona etimad edin. Xoşbəxt həyatın ən böyük meyarı – etimaddır. Əgər ailədə etimad varsa, deməli təməli möhkəm qurulmuşdur və heç bir fırtına onu yerindən oynada bilməz. Qarşılıqlı etimad – xoşbəxt həyatın əsil amillərindəndir. (Deyerler.org) Oxşar xəbərlər
|