Ruhun gigiyenasına əməl etmək necə olur?
Dinimizin nəzərinə görə, insan öz cisminə qulluq etdiyi kimi, ruhuna da qulluq etməli və onun gigiyenasını yerinə yetirməlidir. Bəs ruhun gigiyenası nədir?
1. İslama əməl etmək. İmam Əli (ə) buyurur: “Allaha şükür olsun ki, İslam yolunu açmışdır. Onun əhkam və göstərişlərinə əməl etmək və öyrənmək yollarını asan etmişdir”. İmam (ə) yenə buyurur: “Allah İslamı sizə məxsus etmişdir və sizi də onun üçün seçmişdir”. 2. Allaha iman bəsləmək. “And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Qur’anın cəmiyyətə təqdim olunduğu əsrə, yaxud vəd olunmuş Mehdinin (ə.f) İlahi hökümətinin zühur dövrünə) ki, şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir, Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa”. (“Əsr” 1-3). 3. Saleh əməl yerinə yetirmək. “Hər kim – kişi, yaxud qadın – imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97). 4. Təqvaya malik olmaq. 5. Allahı yada salmaq. 6. Allaha təvəkkül etmək. “Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti baxımından) hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur”. (“Təlaq” 3). 7. Dünyaya bağlı olmamaq. “Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”. (“Ali-İmran” 185). 8. Evlənmək. “Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması – Onun nişanələrindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21). 9. Sinə genişliyi. “Buna görə də məgər Allahın sinəsini İslam(ı qəbul etmək) üçün açdığı, beləliklə də (həyatı boyu) Rəbbi tərəfindən bir nura (etiqad və əməl yollarını işıqlandıran dinə) əsaslanan kəs (qəlbi zülmətdə olan kəs kimidir)? Odur ki, qəlbləri Allahı unutmaq nəticəsində bərkimiş kəslərin vay halına! Onlar aşkar azğınlıq içərisindədirlər”. (“Zumər” 22). 10. Zülm etməmək. “İman gətirib imanlarını zülmə qarışdırmayanlar (yaradılışın başlanğıcına olan etiqadı dualizm və ya üç üqnuma əqidəsi, yaxud çoxtanrılıqla, yaxud da qəlbi etiqadları əməli itaətsizliklə qarışdırmayanlar) üçün əmin-amanlıq vardır və onlar hidayət olunmuşlardır”. (“Ənam” 82). 11. Keçmiş ümmətlər haqqında mütaliə etmək. “Elçilər(imiz)in xəbərlərinin hər cürünü – vasitəsi ilə qəlbini sabitləşdirərək möhkəmləndirdiyimiz xəbərləri sənə nəql edirik. Bu hekayətlərdə sənə haqq və möminlər üçün bir öyüd-nəsihət gəlmişdir”. (“Hud” 120). Allah Təala bizləri ruhu təmizlərdən qərar versin, inşəallah! /Deyerler.org/ Oxşar xəbərlər
|