Şeytanı uzaqlaşdırmaq üçün qəflətdən ayılmaq lazımdır
Mьəllif: admin1
Tarix: 21-04-2020, 10:37
Şeytanı uzaqlaşdırmaq üçün qəflətdən ayılmaq lazımdır
Əgər insan hiss etsə ki, düşmən ona hücum edə bilər, heç bir zaman səngərini tərk etməz. Həmişə hazır və ehtiyatlı olar.

Çalışar ki, silahını əlindən qoymasın və hər an hücuma hazır olsun. Şeytan – insanın açıq düşmənidir. Lakin insanın bu düşmənə qarşı da silahları vardır, yəni insan şeytana (lən) qarşı əliboş deyildir.

Allah ona bu düşmənə qarşı hansı silahdan istifadə edəcəyini tanıtmışdır. Bununla yanaşı, şeytan da əliboş deyildir. Onun da insanı yolundan azdırması üçün çox sayda silahı vardır. Bu silahlardan ən güclüsü – qəflətdir.

İnsan qafil olan zaman günah işlətmək üçün cəhd edər və bu zaman Allahı və Qiyamət günü sorğusunu unudar. İnsanın bütün bədbəxtlikləri də bu andan başlayar.

Allah bu haqda buyurur: “Tezliklə yer üzündə nahaq yerə təkəbbürlük edən, hər hansı bir ayə və möcüzə görəndə iman gətirməyən, hidayət yolunu görəndə onunla getməyən və azğınlıq yolunu gördükdə isə onunla gedən kəsləri Öz ayələrimdən yayındıracağam (ayələrimlə mübarizə etmək qüdrətini onlardan alacağam). Bu (iş), onların Bizim ayə və nişanələrimizi təkzib etdiklərinə və onlardan (onları görməkdən) qafil olduqlarına görədir”. (“Əraf” 146).

İmam Əli (ə) buyurur: “Nə zaman şeytan sizlərdən birinizi vəsvəsə etsə, Allah Təalaya pənah aparın və deyin:

: آمَنتُ بِاللهِ وَ رَسُولِهِ مُخلِصاً لَهُ الدّینَ

İbni Abbas nəql edir: “O zaman ki, Allah Həzrət İsanı (ə) peyğəmbər seçir, şeytan yolunu bağlayır və ona vəsvəsə edir. Həzrət İsa (ə) deyir: :

«سُبحانَ اللهِ سَماواتِهِ وَ أرضِهِ، وَ مدادَ کَلِماتِهِ، وَزِنَةَ عَرشِهِ،

وَ رِضاءَ نَفسِهِ

Şeytan bu zikri eşidən zaman özünü itirir və özündən asılı olmayaraq yıxılır”.

Həzrət Peyğəmbər (s) buyurur ki, şeytan iki cürdür: cindən olan şeytan ki, bu zikri deməklə uzaqlaşar: لا حَولَ وَ لا قُوَّةَ الَّا بِاللهِ العَلیِّ العَظِیم، (“Lə həvlə və lə quvvətə illə billəhil-aliiyil-azim”) və insandan olan şeytan ki, Peyğəmbər (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərməklə qovular.

Həzrət Peyğəmbər (s) buyurur: “Oruc şeytanın üzünü qaraldar, sədəqə belini sındırar, Allaha görə sevmək və yaxşı işlərdə yardım etmək kökünü kəsər, istiğfar şah damarını kəsər”.

İmam Sadiq (ə) tövsiyə edir ki, günəş doğan və batan zaman bu zikri 10 dəfə deyək, çünki bu zaman İblis bütün ordusunu toplayar və insanları yolundan azdırması üçün əmr edər.

اعوذ بالله من همزات الشیاطین و اعوذ بالله ان یحضرون ان الله هو السمیع العلیم»


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930