Həzrət İbrahim (ə) quşların dirilməsini niyə istədi?
Mьəllif: admin1
Tarix: 21-06-2020, 23:50
Həzrət İbrahim (ə) quşların dirilməsini niyə istədi?
“(Yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər».

Dedi: «Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?» Dedi: «Əksinə (imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)».

Dedi: «Belə isə, dörd (növ) quş götür, (cisimlərində olan əlamətləri dəqiq görə bilməyin üçün) onları özünə yaxınlaşdır və (onları) tikə-tikə doğra(yıb bir-birinə qat).

Sonra (bu ətrafdakı) hər dağın başına onlardan bir parça qoy. Daha sonra onları çağır, sürətlə sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüdrət və hikmət sahibidir»”. (“Bəqərə” 260).

Bu ayənin təfsirində oxuyuruq ki, Həzrət İbrahim (ə) bir dənizin kənarından keçirmiş və dənizin kənarına düşən bir murdarı görür. Onun bir hissəsi suda və bir hissəsi isə quruda idi.

Dəniz heyvaları həm sudan və həm də qurudan onu öz yemi qərar vermişdilər. Həzrət İbrahim (ə) öz-özünə dedi: “Əgər insanın başına belə bir haidsə gəlsə və bədənin hissələri heyvanların yemi olsa, Qiyamət günü onlar necə bir yerə toplanacaqdır?”.

Ona görə də Allahdan istəyir ki, ölülərin dirilməsini onu göstərsin. Allah Təala da bu yolla İbrahimi (ə) yəqinlik nuruna tərəf hidayət etdi.

Hədislərdə oxuyuruq ki, Həzrət İbrahimin (ə) parçaladığı quşlar dörd növ quş idi - tovuzquşu, xoruz, göyərçin və qarğa. Bu quşların bədən üzvləri bir-birindən fərqlənir və əgər belə olmasaydı, Həzrət İbrahim (ə) öz sualına cavab tapa bilməzdi.

Bu quşları bəziləri insan sifətlərinə bənzədirlər. Belə ki, tovuzquşu - təkəbbür, özünü nümayiş etdirmək, xoruz - şəhvət, göyərçin - əylənmək və qarğa isə uzun arzular nişanəsi kimi tanıdılmışdır.

Bir çoxlarımız Qiyamət haqqında gələn ayələri oxuyan zaman açıq şəkildə görə bilərik ki, Qiyamət günü məhz bədənlər dirildiləcəkdir.

Qiyamət – cismin oyanaşıdır. Əgər ancaq ruha aid olsaydı, diriltməyin heç bir mənası olmazdı. İbrahim (ə) də öz gözləri ilə məhz bu səhnəni müşahidə etmək istəyirdi.

Bu ayədən çıxartdığımız nəticələr:

1. Ölüləri diriltmək – Allahın Rübubiyyət sifətlərindəndir.

2. Şühud o kəslərə aiddir ki, elmin, imanın müəyyən mərhələsini arxada qoyublar. İbrahimin (ə) buna görə xahişi yerinə yetir.

3. Biz də gərək iman və yəqinimizi yüksəldib, əminlik məqamına çatmağa cəhd edək.

4. İmanın dərəcələri və mərhələləri vardır.

5. Ürək – rahatlıq mərkəzidir.

6. İlahi övliyaların varlıq aləminə təsir etmək qabiliyyətləri olmuşdur ki, buna təkvini vilayət deyilir.

7. Məad cismanidir. Qiyamət günü ruh həmin bu bədənin zərrələrinə tərəf qayıdacaqdır.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930