Əmr-be-məruf ilə eyib tutmağın nə fərqi var?
Mьəllif: admin1
Tarix: 1-12-2022, 10:54
Əmr-be-məruf ilə eyib tutmağın nə fərqi var?
Bəzi insanlar deyir ki, irad tutma ki, başın ağrımasın.

Əlbəttə insan dərk etməlidir ki, əmr-be-məruf və nəhy-əz-munkər – dinin vacibatlarındandır ki, onu irad tutmaqla bərabər hesab etmək olmaz.

Hədislərimiz buyurur ki, insanlara irad tutmaqdan çəkinin. Ancaq demir ki, nəhydən uzaqlaşdırmayın. Əksinə, dinimiz əmr-be-məruf və nəhy-əz-munkəri müsəlmanın vacib vəzifələrindən sayır.

Əmr-be-məruf və nəhy-əz-munkərin qaydaları vardır ki, ona riayət olunaraq yerinə yetirilməlidir. Həzrət Peyğəmbər (s) buyurur:“O kəs ki, din qardaşını tövbə etdiyi günaha görə danlayarsa – ölməz o zamana qədər ki, özü də həmin günahı edər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim mömini günahına görə danlayarsa, ölməz o zamana qədər ki, özü həmin günahı edər”.

Bu hədislərdən belə nəticə çıxartmaq olur ki:

1. Burada söhbət mömindən gedir – nə kafirdən, nə də münafiqdən.

2. Danlayan, bu işi insanların arasında görər. Nəinki mömini kənara çəkib, ona məsləhət verər.

3. Heç kəsin haqqı yoxdur ki, mömini etdiyi günaha görə tövbədən sonra danlasın.

4. Danlamaq və nəsihət etmək – tamamilə fərqli mövzulardır.

5. Danlayan insan öz üstünlüyünü təsbit edir – axı, danladığı möminin etdiyi xətanı özündə görmür, ona görə də onu daha aşağı sayır. Deməli, təkəbbürlük günahına qol qoyur. Nəhayətdə, özü həmin günaha mübtəla olur.

Ona görə də deyə bilərik ki, irad tutmaqla nəhy-əz-munkər etmək – tamamilə fərqi əməllərdir. Heç kəsin haqqı yoxdur ki, mömini, tövbə etdiyi günaha görə məzəmmət etsin.

Təbii ki, kafirləri, münafiqləri, əxlaqsız insanları məzəmmət etmək lazımdır ki, bu əməllərindən tövbə etsinlər və bir daha günaha düçar olmasınlar. Çünki onların işlətdiyi günah, möminin etdiyi günah qədər deyildir.

Bu insanların cəmiyyətdəki əsil hədəfləri – hərc-mərslik yaratmaq və nifaq toxumları əkməkdir. Ona görə də onlara bu əməllərinə görə irad tutmaq – təbii mövzulardandır. Hər kəs başını ağrıtmamaq üçün bu işi görməzsə, özü də bu günaha şərik olmuş olar.

Beləliklə, hər kim nəhy-əz-munkərdən çəkinərsə – günah edər. İrad tutan da xəta edər. Ancaq o kəs ki, günahkar şəxsə irad tutar – bu işin qəbahəti yoxdur. Əksinə, həmin şəxsə nəsihət və öyüd verər və onu günahdan çəkindirər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031