Zehin yorğunluğu nədir? Onu necə aradan qaldırmaq olar?
Mьəllif: admin1
Tarix: 3-12-2019, 13:43
Zehin yorğunluğu nədir? Onu necə aradan qaldırmaq olar?
Zehni yorğunluq – daxilə aid olan kateqoriyadır. İnsan hiss edər ki, öz zehnindən lazım olan qədər istifadə edə bilmir.

Bu xəstəliyin bəzi nişanələri vardır ki, onlarla tanış olaq.

1. Belə bir insan çoxlu səs olan yerdə və ya pis iy gələn yerdə öz kontrolunu itirər. Bunun əlacı – o həmin mühitdən uzaqlaşmasındadır. Uzaqlaşa bilmirsə, özünə sakitliyi təlqin etməli, çalışıb fikrini yayındırmalıdır.

2. Bəzən insan hiss edər ki, beynində çox sayda mövzular fırlanmaqdadır. Bir söz və ya cümlə zehnində minlərlə dəfə təkrar olunar. Bu problemlə mübarizə aparmağın ən yaxşı yolu – onları kağız üzərinə yazmaq və ssonra təhlil etməkdir.

Saf-çürük etdikdən sonra, ancaq mənalı sözlər və cümlələr qalacaq. Bu yolla həmin çətinlikdən xilas olmuş olar.

3. Zehni yorğunluğun başqa bir nişanəsi budur ki, insan tez təhrik olar və özündən çıxar. Əgər bir qədər dincəlsə və istirahət etsə, bu çətinliyini həll etmiş olar. Amma daha effektlisi – özünə pozitiv ruhiyyə yəlqin etməkdir.

4. Zehni yorğunluğun başqa bir nişanəsi – insanın özünə qapılmasıdır. Adətən bu cür hallar ruhi xəstələrdə müşahidə olunur. Ancaq sağlam insanda belə nişanələr vardırsa, bu, zehnin yorulmasına işarə edir. Belə bir insan öz işlərini həll etmək üçün plana malik olmalı və onları bir-bir yerinə yetirməlidir.

Bunu nəzərə almaq lazımdır ki, zehni yorğunluğun vitamin çatışmaması ilə heç bir əlaqəsi yoxdur. Gəlib-keçən bir haldır ki, insan gərək bacardığı qədər beyninə daha çox istirahət versin.

Xəlvətə çəkilib beynini rahat buraxsın və heç bir şey haqda düşünməsin. Düşündüyü şeylər də gərək müsbət şeylər olsun.

Həyat kefiyyətinin aşağı düşməsi və yanlış qərarlar vermək – əslində zehni yorğunluğun təhrik edicilərindəndir. Bu xəstəlikdən qaçmağın tək yolu – idmanla məşğul olmaq və cismini gücləndirməkdir.

Əgər cismi sağlam olarsa, bu cür problemlərə tez qalib gələ bilər və zehnini bu cür lazımsız şeylərdən qoruya bilər. Ona əziyyət verən fikirlərdən uzaq olar. Onun yerinə daha müsbət düşüncələrə qapılmalıdır.

Əgər insan zehni yorğunluğunun qarşısını ala bilməsə, o, depressiya və iztirab kimi ruhi xəstəliklərə düçar ola bilər. Odur ki, bu işdə xüsusilə diqqətli olmalıdır.

Yadda saxlamaq lazımdır ki, zehin yorğunluğunun istənilən formasının müalicəsi – Allah Təalanın zikridir. Məhz Uca olan Allahı xatırlamaqla, insan qəlbi rahatlıq tapmış olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031