Ayətullah Cavad Amuli: “Həqiqi fəqih cəmiyyəti heç vaxt ümidsizliyə salmaz”
Mьəllif: admin1
Tarix: 5-12-2019, 19:56
Ayətullah Cavad Amuli: “Həqiqi fəqih cəmiyyəti heç vaxt ümidsizliyə salmaz”
Ayətullah Cavad Amuli həqiqi bir fəqihin cəmiyyəti heç vaxt ümidsizliyə salmayacağını vurğulayaraq belə danışıb: “Heç kəsin həyatın heç bir mərhələsində ümidsiz olma haqqı yoxdur.

Çünki ümidsiz olmasının mənası “heç kəs mənim sıxıntımı həll edə bilməz” deyil. Əksinə ümidsizliyin mənası Allahın rəhmətinin kifayət etmədiyini düşünməkdir. Belə bir düşüncə isə küfr və inkardır”.

İmam Əlinin (as) Nəhcül Bəlağadakı 85-ci xütbəsini şərh edən Qum İslami Elm hövzəsinin böyük ustadı Ayətullah Cavad Amuli sözlərinə belə başlayıb: “İmam Əli (ə) oğlu İmam Həsənə belə buyurdu: “Həqiqi fəqih xalqı Allahın rəhmətindən ümidsiz etməyəcəyi kimi, onları Allahın tədbirindən də əmin etməz.

Əsl fəqih elm və əməllə bəzəndiyi kimi, nəzəri və praktik hikmətlə də bəzənmiş kimsədir. Əsl alim ağılla, duyğularla və nəqllə əldə olunan məlumatları ətrafına toplamış kimsədir.

Yəni nəqli elmlər, fəlsəfə, kəlam, irfan və duyğularla əldə etdiyi məlumatlar arasında sağlam bir koordinasiya yaradan biridir. O, şəriətdən bir an belə sapmaz; İmam Əlinin (ə) xüsusi dostlarının gördüyü həqiqətləri görür.

Ayətullah Cavad Amuli sözlərinə belə davam edib: “Bütün dünya ümidlə həyatdadır. Dolayısıyla ümidsizlik qoxusu saçan biri bu dünyada deyil! Çünki aləmin planı “Rəhman”ın əlindədir.

“Rəhman”ın qarşısında heç bir şey yoxdur. Əksinə “Rəhim”in qarşısında “Muntəkim / İntiqam alan” vardır. Aləmin hamısının idarəsi və rəhbərliyi “Rəhman”ın əlindədir.

“Ər-Rəhman” “Allah” ilə eynidir və bu ismi əzəmdir. Ədəbiyyata baxanda bu həqiqəti görərsiniz; Rəhman sifət olaraq zikr edilmir, əksinə müstəqil bir ad olaraq gətirilir.

Quranda da belədir, rəvayətlərdə də! Sifət olaraq gələn “Rəhim”dir və onun qarşısında “Muntəkim” vardır. Bütün aləmin idarəsi “Rəhman”ın əlində və nəzarətindədir; yəni aləmdə onun rəhmətinin sirayət etmədiyi heç bir zərrə yoxdur. Bu səbəbdən onun rəhmətindən ümidsizliyə düşmək Quran baxımından küfr və inkar sayılmışdır.

“Allahın rəhmətindən ancaq kafir bir tayfa ümidini kəsər” buyurmuşdur. Çünki ümidsiz olmasının mənası “heç kəs mənim sıxıntımı həll edə bilməz” deyil. Əksinə ümidsizliyin mənası Allahın rəhmətinin kifayət etmədiyini düşünməkdir. Belə bir düşüncə isə küfr və inkardır”.



Deyerler.org


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031