Həzrət Məsumə (ə.s.) və müqəddəs Qum şəhəri
Məsumə (ə.s.) 173-cü hicri-qəməri ilinin Zil-qədə ayının 1-də, Mədinə şəhərində dünyaya göz açmışdır.
Adı Fatimə, məşhur ləqəbi Məsumədir ki, bu ləqəb qardaşı İmam Rza (ə) tərəfindən ona verilmişdir. Anası isə Nəcmə xatundur. Həzrət Məsumə (ə.s.) qardaşı İmam Rzanı (ə) görmək məqsədilə Mədinədən İrana doğru yola düşür və o həzrətin olduğu karvan İranın Savə şəhərinə çatdıqda, dövlət məmurlarının himayə etdiyi bir qrup Əhli-beyt müxalifləri tərəfindən hücuma məruz qalır, karvanda olan kişilər şəhadətə yetirilir və bir rəvayətə görə, həzrət Məsumə (ə) də onların vasitəsilə zəhərlənir. Qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələnib Xorasana getməkdən aciz qalan Həzrət Məsumə (ə.s.) 201-ci hicri-qəməri ilində, Rəbiul-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil olur və bu şəhərdə 17 gün qaldıqdan sonra, 201-ci h.q ilində, Rəbius-sani ayının 10-da qardaşı İmam Rzanı (ə) görmədən, qərib ölkədə əbədiyyətə qovuşur, müqəddəs Qum şəhərində dəfn edilir və şərif qəbru şiələrin ziyarətgahına çevrilir. Həzrət Fatimeyi-Məsumənin (s.ə.) məqamı və ziyarətinin savabı ilə bağlı məsumlarımızdan bir çox hədislər nəql olunmuşdur ki, biz burada onlardan bir neçəsini qeyd etməklə kifayətlənirik: 1. İmam Sadiqdən (ə) belə nəql olunur: إِنَّ لِلَّهِ حَرَماً وَ هُوَ مَكَّةُ ، أَلَا إِنَّ لِرَسُولِ اللَّهِ حَرَماً وَ هُوَ الْمَدِينَةُ، أَلَا وَ إِنَّ لِأَمِيرِ الْمُؤْمِنِينَ حَرَماً وَ هُوَ الْكُوفَةُ، أَلَا وَ إِنَّ قُمَّ الْكُوفَةُ الصَّغِيرَةُ، أَلَا إِنَّ لِلْجَنَّةِ ثَمَانِيَةَ أَبْوَابٍ ثَلَاثَةٌ مِنْهَا إِلَى قُمَّ تُقْبَضُ فِيهَا امْرَأَةٌ مِنْ وُلْدِي اسْمُهَا فَاطِمَةُ بِنْتُ مُوسَى، وَ تُدْخَلُ بِشَفَاعَتِهَا شِيعَتِي الْجَنَّةَ بِأَجْمَعِهِمْ “Həqiqətən, Allahın hərəmi var və o Məkkədir. Agah olun, Peyğəmbərin hərəmi var və o Mədinədir. Əmirəlmömininin hərəmi var, o Kufədir. Qum kiçik Kufədir. Həqiqətən, Behiştin 8 qapısı var ki, üçü Quma açılır. Orada övladlarımdan Musanın qızı Fatimə adlı bir xanım dəfn olunacaq və şiələrim onun şəfaəti ilə Behiştə daxil olacaqlar.” (“Bihаrul-әnvаr”, c.57, səh.228.) 2. Nəql olunur ki, İmam Rza (ə) səhabəsi Sədə belə buyurdu: يا سَعْدُ عِنْدَكُمْ لَنَا قَبْرٌ، قُلْتُ: جُعِلْتُ فِدَاكَ، قَبْرُ فَاطِمَةَ بِنْتِ مُوسَى (ع)؟ قَالَ: نَعَمْ، مَنْ زَارَهَا عَارِفاً بِحَقِّهَا فَلَهُ الْجَنَّةُ “Ey Səd! Sizin yanınızda bizim qəbrimiz vardır.” Dedim: “Sənə qurban olum, Fatimə binti Musanın (ə) qəbrimi?” Buyurdu: “Bəli, haqqını tanıdığı halda onu ziyarət edən kəsə Cənnət vacib olar.” (“Bihаrul-әnvаr”, c.99, səh.266.) 3. İmam Rza (ə) başqa bir hədisdə bacısı Həzrət Məsumənin (ə.s.) ziyarətinin savabı ilə bağlı belə buyurmuşdur: مَنْ زَارَ الْمَعصُومَةَ بِقُمْ کَمَنْ زَارَنى “Hər kim Qumda Məsuməni ziyarət etsə, məni ziyarət etmiş kəs kimidir.” (“Nasixut-təvarix”, c3, səh.68.) 4. İmam Cavaddan (ə) da belə nəql olunur: مَنْ زَارَ قَبْرَ عَمَّتِي بِقُمَ فَلَهُ الْجَنَّة “Hər kim bibimin qəbrini Qum şəhərində ziyarət etsə, Cənnət ona vacib olar.” (“Kamiluz-ziyarat”, səh.536.) Həzrət Məsumənin (ə.s.) şərif türbəsinin sayəsində Qum şəhəri elm və fəzilət ocağına çevrilir. Bu barədə İmam Sadiqdən (ə) nəql olunan üç rəvayətə nəzər yetirək: تُربَةُ قُمَ مُقَدَّسَةٌ، وأهلُها مِنّا ونَحنُ مِنهُم، لا يُريدُهُم جَبّارٌ بِسوءٍ إلاّ عُجِّلَت عُقوبَتُهُ ما لَم يَخونوا إخوانَهُم (يُحَوِّلوا أحوالَهُم ـ خ ل)، فَإِذا فَعَلوا ذلكَ سَلَّطَ اللّهُ عَلَيهِم جَبابِرَةَ سَوءٍ. أما إنَّهُم أنصارُ قائِمِنا ودُعاةُ حَقِّنا. ثُمَّ رَفَعَ رَأسَهُ إلَى السَّماءِ وقالَ: اللّهُمَّ اعصِمهُم مِن كُلِّ فِتنَةٍ، ونَجِّهِم مِن كُلِّ هَلَكَةٍ. 1. “Qumun torpağı müqəddəs, əhalisi bizdən və biz də onlardanıq. Onlara pislik fikrinə düşən hər hansı zalım hökmdar tez də cəzalandırılar. Bu isə onların (Qum əhalisi) arasında xəyanət olmayana qədərdir və bu baş verdikdə, Allah onlara zalımları hakim edər. Bilin ki, qumlular Qaimimizin dostları, haqqımızın carçılarıdır!” Sonra Həzrət üzünü səmaya tutub dedi: “İlahi, onları fitnə-fəsaddan qoru, azğınlıqlardan uzaq et!” (“Biharul-ənvar”, c.60, səh.218, hədis 49.) سَتَخلو كوفَةُ مِنَ المُؤمِنينَ، ويَأرِزُ عَنهَا العِلمُ كَما تأرِزُ الحَيَّةُ في جُحرِها، ثُمَّ يَظهَرُ العِلمُ بِبَلدَةٍ يُقالُ لَها قُمُ، وتَصيرُ مَعدِنًا لِلعِلمِ وَالفَضلِ... وذلِكَ عِندَ قُربِ ظُهورِ قائِمِنا، فَيَجعَلُ اللّهُ قُمَّ وأهلَهُ قائِمينَ مَقامَ الحُجَّةِ، ولَولا ذلِكَ لَساخَتِ الأَرضُ بِأَهلِها، ولَم يَبقَ فِي الأَرضِ حُجَّةٌ، فَيَفيضُ العِلمُ مِنهُ إلى سائِرِ البِلادِ فِي المَشرِقِ وَالمَغرِبِ، فَيَتِمُّ حُجَّةُ اللّهِ عَلَى الخَلقِ حَتّى لا يَبقى أحَدٌ عَلَى الأَرضِ لَم يَبلُغ إلَيهِ الدّينُ وَالعِلمُ، ثُمَّ يَظهَرُ القائِمُ. 2. “Tezliklə Kufə möminsiz qalar və elm büsatı ilan yuvasına qısıldığı kimi çəkilər. Sonra elmin qapısı Qum şəhərindən açılar, ora elm və fəzilət ocağına çevrilər... Bunlar bizim Qaimimizin zühuruna yaxın vaxtda baş verəcək və Allah Qum və əhalisini Höccətin (İmam Məhdi) canişinləri edəcək. Bu olmasaydı, şübhəsiz, yer üzü əhlini udar və “dəlil” sona yetərdi. Elm və bilik Qumdan dünyanın şərq və qərbinə axacaq, bununla da, Allah dəlil nişanələrini başa vuracaq və hətta yer üzündə din və elmin çatmadığı bir yer qalmayacaq. O zaman Qaim (ə) zühur edəcək.” (“Biharul-ənvar”, c.60, səh.213, hədis 23.) إنَّ اللّهَ احتَجَّ بِالكوفَةِ عَلى سائِرِ البِلادِ، وبِالمُؤمِنينَ مِن أهلِها عَلى غَيرِهِم مِن أهلِ البِلادِ، وَاحتَجَّ بِبَلدَةِ قُمَ على سائِرِ البِلادِ، وبِأَهلِها عَلى جَميعِ أهلِ المَشرِقِ وَالمَغرِبِ مِنَ الجِنِّ وَالإِنسِ، ولَم يَدَعِ اللّهُ قُمَ وأهلَهُ مُستَضعَفًا بَل وَفَّقَهُم... وسَيَأتي زَمانٌ تَكونُ بَلدَةُ قُمَ وأهلُها حُجَّةً عَلَى الخَلائِقِ وذلِكَ في زَمانِ غَيبَةِ قائِمِنا إلى ظُهورِهِ، ولَولا ذلِكَ لَساخَتِ الأَرضُ بِأَهلِها. وإنَّ المَلائِكَةَ لَتَدفَعُ البَلايا عَن قُمَ وأهلِهِ، وما قَصَدَهُ جَبّارٌ بِسوءٍ إلاّ قَصَمَهُ قاصِمُ الجَبّارينَ. 3. “Allah Kufəni digər şəhərlər və oranın möminlərini digər şəhərlərin möminləri üçün, eləcə də, Qum şəhərini digər şəhərlər və oranın camaatını isə şərqdən qərbə bütün cinlər və insanlar üçün aydın nişanə təyin edib. Allah Qumu və əhalisini dini yoxsulluqdan qorumuş, onlara vüsət vermişdir... Bir vaxt gələcək ki, Qum və əhalisi bəşəriyyətə örnək olacaq və bu da Qaimimizin (ə.c.) qeybət dövründən zühuruna qədər davam edəcək. Bu belə olmasaydı, şübhəsiz, yer üzü əhlini udardı. Mələklər Qum və əhalisini bəla və müsibətlərdən qoruyacaq, bütün zülmkar padşahları məhv edən Allah onlara pislik niyyətinə düşən hər zalım padşahı əzəcək.” (“Biharul-ənvar”, c.60, səh.212, hədis 22.) (Maide.az) Oxşar xəbərlər
|