Musa Sədrin kilsədə, xristianlar qarşısında etdiyi məşhur, tarixi ÇIXIŞ
Mьəllif: admin1
Tarix: 8-12-2019, 11:10
Musa Sədrin kilsədə, xristianlar qarşısında etdiyi məşhur, tarixi ÇIXIŞ
"Dinlərin insanlara xidməti": 19 fevral 1975-ci il tarixində Beyrutun "Kabuşin" kilsəsində İmam Musa Sədrin orucluğun başlanması münasibətilə etdiyi çıxışın mətni.

İslamazeri.com xəbər verir ki, Livan xristianlarının rəhbərinin də iştirak etdiyi bu tədbirdə, dialoq və həmrəylik məsələsində xristian tayfaların dini və siyasi mövqelərini yüksək səviyyədə dəyərləndirdiyinə görə İmam Musa Sədrə təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Livanın keçmiş prezidenti Şarl Hələv bu barəda deyir: "Xristianlıq tarixində ilk dəfədir ki, katolik olmayan bir ruhani, katolik kilsəsində xitabət kürsüsündən möminlər üçün belə bir söhbət edir. Bu hadisə nəinki təəccüblüdür, bəlkə üzərində uzun müddət dərin təfəkkür ve düşüncəyə ehtiyac olan bir hadisədir."

İmam Musa sədrin sonrakı proqramı xristian rəhbarlərini cümə namazında xütbə oxumaq üçün dəvət etmək idi, amma vətəndaş müharibəsinin başlanması üzündən bu proqram həyata keçmədi.

Allahım, mən sənə şükr edirəm. Allahım, ey İbrahım və İsmayılın Allahı, Musa və İsanın Allahı, zəiflərin, bütün yaranmışların Allahı! Qorxanlara aman, layiqli olanlara nicat, zəiflərə üstünlük verən, təkəbbür əhini alçaldan, zalım padşahları məhv edən və başqalarını onların yerinə oturdan, zülmkarları və amansızları nabud edən, qaçanlara əl tutan, zülümkarlardan intiqam alan və ədalət sevən insanların dadına çatan Allaha şükr olsun.

Alllahım, öz istəyinlə müvəffəqiyyət nəsib etdiyin üçün, özünə doğru istiqamətləndirdiyinə, öz mehribanlığınla qəlblərimizi şad etdiyinə görə sənə şükrlər olsun.
Biz indi sənin qarşında və sənin evində orucluq vaxtı, sənə xatir bir yerə yığışmışıq. Qəlblərimiz sənə doğru ucalır, fikirlərimiz nur və hidayəti səndən alır.

Bizi çağırmısan ki, bir yerə yığışıb xalqa xidmət edək və müxtəlif kəlmələrlə sənin bəndələrinin xoşbəxtliyi üçün birləşək. Sənin dərgahına üz tutub və sənin mehrabında namaz qılmşıq.

Biz insan üçün bir yerə yığışmışıq, hansı ki, bir olan və həmişə birincisi özündən sonrakının gələcəyini əvvəlcədən xəbər verən, bir-birini təsdiqləyən dinlər də insan üçün göndərilib.

Allah Təala bu dinlərin vasitəsilə xalqı qaranlıqdan aydınlığa doğru istiqamətləndirdi, onlari dağıdıcı ixtilaflardan xilas etdi, sülh və düzgün yolu onlara öyrətdi. Dinlər bir olublar, çünki hamısı bir məqsəd üçün göndəriliblər. Həmin məqsəd isə Allaha iman gətirməyə dəvət və insana xidmət etməkdən ibarətdir. Bu ikilik yeganə varlığın həqiqi əlamətləridir.

Dinlər özlərinə xidmət etməyə başladıqları zamandan aralarında qarşıdurmalar və ixtilaflar meydana gəldi. Hər din yalnız özünə o dərəcədə diqqət etməyə başladı ki, qarşısında olan əsas hədəf və məqsəd, demək olar ki, tamamilə unuduldu. İxtilaflar və qarşıdurmalar güclənməyə başladı və insanlar arasında əzab-əziyyət çoxaldı.

Dinlər bir idilər və müştərək bir hədəfləri var idi; Yer üzərindəki (tanrılara) və zülmkarlara qarşı müharibə, məzlumlara və zəiflərə kömək etmək. Bu ikilik yeganə varlığın həqiqi əlamətləridir.

Dinlər qələbə çaldıqları zaman onlarla birlikdə zəiflər də qələbə çalırdılar. Zalımlar simalarını dəyişib qənimət əldə etmək üçün dini qabaqladılar, din adından dinə hökm etməyə başladılar.

Elə bu hərəkətlər üzündən də məzlumların və zəiflərin əzab-əziyyəti artdı, dinlər müsibətlərə və qarşıdurmalara düçar oldu. Qarşıdurmaların səbəbi, yalnız mənfəətpərəstlərin maraqlarıdır.

Dinlər bir olublar, onların başlanğıc nöqtəsi - Allah birdir, onların hədəfi - insan birdir, onların beşiyi - varlıq dünyası birdir. Elə ki, əsas hədəfi unudub, insanlara xidmət missiyasından uzaqlaşdıq, Allah Təala da bizi özbaşına buraxdı və bizdən uzaqlaşdı. Biz müxtəlif yollara üz tutduq, müxtəlif qruplara parçalandıq, öz şəxsi mənafeyimizin dalınca getdik, Allahdan başqasını özümüzə məbud seçdik və insanları həlakətə doğru çəkdik.

İndi isə düz yolla əzab görmüş insana tərəf qayıdaq ki, Allah əzabından nicat tapaq. Gəlin, zəif və məhv olmağa məhkum olan bir insanın ətrafında birləşək, Allah barəsində və hər şeydə bir olaq. Bununla dinlər də bir olsun. Qurani-Kərimdə deyilir: Siz ümmətlərin hər biri üçün şəriət və aydın yol qərar verdik.

Əgər Allah istəsəydi, sizin hamınızı bir ümmət qərar verərdi. Amma Allah istəyir ki, sizlərə verdiklərinin müqabilində sizi imtahan etsin. Ona görə də yaxşı işlərdə bir-birinizi üstələyin. Hamınızın qayıdış yeri Allaha tərəfdir. (Maidə surəsi, 48-ci ayə).

Bu gün, bu orucluq günündə, kilsədə xristian rəhbərlərinin dəvəti ilə xütbə mərasiminə gəlmişəm. İndi özüm sizin yanınızdayam, nəsihət edən və həm də nəsihət qəbul edənəm, öz dilimdə söhbət edir və öz qəlbimlə eşidirəm.

Tarix bizim şahidimizdir. Biz ona qulaq asırıq, tarix də bizə qulaq asır. Tarix - oyaq, şəhər, insanlıq şəhəri, əzab-əzziyət görənlərin vətəni və qorxanlara siğınacaq yeri olan Livan şahididir. Bu şəraitda, bu uca məqamda göylərdən gələn əsas mesajları eşidə bilərik, çünki biz, o mənbəyə daha yaxınıq.

Həzrəti Məsih (ə) (İsa peyğəmbər - red.) fəryad çəkir və buyurur: Heç vaxt! Heç vaxt insanı sevməməklə Allahı sevmək bir araya gəlməz. Onun səsi qəlblərdə dolaşır. Başqa bir çağırış islam peyğəmbərindən gəlir.

O buyurur: Qonşusu ac ola-ola özü yatağına tox qarına gedən insan heç vaxt Allaha və qiyamət gününə iman gətirməyib. (Biharul-Ənvar, 72-ci cild, 362-ci səh.).

Hər iki haray, müxtəlif zaman kəsiyində səslənən bir çağırış idilər, onların harayı, böyük Papanın dili ilə təkrar olunur. O, orucluq münasibəti ilə deyir: "Məsih (xristian) və fəqir insan eyni şəxsdir."

"Millətlərin inkişafı" adlı məşhur məktubunda insan kəraməti üçün narahat olur və İsa Məsih (ə) kimi məbəddə (kilsədə) deyir: "Bu böyük bir təcrübədir ki, insanın insanlıq kəramətinə olunan böyük xəyanətləri sona çatır."

Və yenə buyurur: "Zalımların nizamı (quruluşu), insanlıq baxımından ən aşağı səviyyədə olan bir quruluşdur. Bu qurluş dövlət işlərindən sui-istifadə edərək, fəhlələrin haqqını tapdayıb, əhd-peymanı pozaraq qurulmuşdur."

Bu pak çağırışın əsas məqsədlə - Allah barəsində islamın mötəbər kitablarında deyilənlərlə hansısa fərqi varmı?

Mən (Allah Təala), könlü sınıq bəndələrimin yanındayam, hər kəs ki, xəstələrin görüşünə gedər, kasıblara əl tutar və ehtiyacı olanlara kömək edərsə, mən onların yanındayam.
Amma o, məqsədə çatmaq üçün olan vasitə (vəsiləsi) barədə, Allah Təala haqqı bərpa etmək, Allaha xatir, mətir, məzlumlara kömək etmək üçün göstərilən səyləri, mehrabda namaz qılmaq üçün göstərilən səy kimi dəyərləndirir. O özü də kömək etməyi öz öhdəsinə götürüb.

Bu deyilən sübutlardan insan varlığına doğru qayıdaq və dağıdıcı, insanı heyrətə salan qüvvələri və İlahi bəxşişləri tanıyaq.

İnsan! O, yaradanın surətində və onun sifətində yaradılan bir məxluqdur. Allahın yer üzündə xəlifəsidir, varlığın hədəfi, ictimaiyyətin başlanğıcı, tarixi hərəkətə gətirən bir varlıqdır.

İnsan bütün güc və bacarığın cəmi ilə dinlərin və əməli təcrübələrin diqqət mərkəzində olanlarla bərabərdir. İnsana çəkdiyi əziyyətin mükafatından başqa bir şey qalmır, onun gördüyü işlər əbədidir.

İnsan müxtəlif üfüqlərdə saçdığı nurlardan və şüalardan başqa heç bir şeylə bərabər deyil. Buna görə də insan qüvvəsinə qədər onu dəyərli və əbədi saymış olarıq.

Əgər iman insana dərk etmək və sonsuz dəyər verirsə, onu həmişə ümidvar edirsə, fikrində olan səbəbləri etibarsız edir və nigaranlığını aradan qaldırır, onu, başqa insanları, başqa varlıqları həmahəng edir, başqa sözlə desək, uyğunlaşdırır.

Onu həm əzəmət və böyüklükdən, həm də gözəllikdən faydalandırır. Həmin iman, başqa cəhətləri ilə insanı qorumağa çalışır və qeyd edir ki, insanlara xidmətlə olmayan iman, həqiqətdə mövcud deyil.

Gərək insanlar, bütün insani qüvvələrini qoruya və gücləndirə. Elə bu üzdən də kamillik tələbinin əsası risalətin (ilahi məsuliyyət) ilk günündən Papanın axırıcı çağrışına qədər diqqət mərkəzində olmuşdur: İnkişaf xalis və kamil surətdə olmalıdır - insanlar bütün insani qüvvə və bacarıqları ilə ayağa qalxmalıdırlar.

Elə bu səbəbdən, bütün dinlər oğurluğu haram sayır. Bu gün ehtiyaclar, insanların fundamental varlığından qaynaqlanmır, bəlkə bu ehtiyaclar, istehsal gücü və istehsal avadanlıqları ilə bağlı təbliğatın köməyi ilə meydana gəlir.

Beləliklə biz, insan bacarığına mane olan, onu pərakəndə hala gətirən və ya bütövlükdə məhv edən müxtəlif qüvvələrin geniş surətdə inkişaf etdiyini görürük. Bununla belə, dağıdıcı qüvvələrin əsası və bünövrəsi sabit qalsa da, şəkil və forma baxımından dəyişməkdə və inkişaf etməkdədir.

Məsələn; din yalan, ikiüzlülük, təkəbbür və qürur kimi xüsusiyyətlərlə daimi mübarizədədir. Biz bu xüsusiyyətləri köklü surətdə nəzərdən keçirsək, onların fərdi və ictimai qüvvələrə mənfi təsirini açıq-aydın görərik. Yalan, insanlar arasında olan həmkarlıq potensialını və imkanlarını tanınmaz və alt-üst edir.

Belə olan halda, əməkdaşlıq və bacarıqlar faydasız və çirkin formaya salınır. Təkəbbür və qürur, insan gücünü təsirsiz edir, çünki qürurlu insan elə hesab edir ki, o, ehtiyacsızlıq mərtəbəsinə çatmışdır.

Buna görə də o, kömək və yardım etməkdən əl çəkir, təkamüldən geri qalır, insanlar da onun sayəsində ola biləcək hər hansı bir inkişafdan ümidlərini kəsir. Bu da sözün əsl mənasında, istedad və qabiliyyətlərin məhv olması deməkdir.

Azadlıq insani qüdrətin inkişafına uyğun olan psixoloji haldır. Azadlıq, həmişə təcavcüzə məruz qalan, müxtəlif bəhanələrlə insanın əlindən alınan, insan bacarığının əsası, mənbəsi və bünövrəsidir.

Əksər qarşıdurmalar və davalar, azadlığa çıxmaq və ya onu qorumaq uğrunda baş verir. Azadlığın olmaması fərdi və cəmiyyəti azadlığı qəsb edənlər tərəfindən tətbiq olunmuş məhtudiyyətlər çərçivəsinə doğru çəkir. Bunun nəticəsində isə insanlar, bacarıqlarının məhdudlaşmasına və naqisləşməsinə düçar olur.

Amma, biz öz imanımıza əsasən, bu qəbildən olan dağıdıcı qüvvələrin pis işlərinə mane olmağa çalışmalı, həqiqətdə isə insan bacarığını və kəramətini müdafiə etməliyik.

Azadlığı məhdudlaşdıran metodlar zaman getdikcə dəyişir, gah zülm formasında müstəmləkə, ağa və nökər münasibətləri formasında, gah xalqa himayədarlıq iddiası, onların fikirlərini aşağı səviyyədə qiymətləndirərək, fikri terrorizimlə, gah da öz mövqeyini zorla başqalarına, eləcə də başqa millətlərə tətbiq etməklə baş verir.

İqtisadi fikir və mədəniyyət baxımından göstərilən təzyiqlər bunun bariz nümunələrindəndir. Bəzi xalqları mövcud imkan və fürsətlərdən məhrum etmək siyasəti, insanları cəhalət və savadsızlıq içində saxlamaq, xalqı tibbi sağlamlıqdan məhrum etmək və insanları inkişafdan və yüksəlişdən məhrum etmək, bunların hamısı azadlığı, insan istedadını məhdudlaşdıran yolların müxtəlif formaları, insan bacarığının dinamikasını öldürən səbəblərdir.

Elə buna görə də insani ehtiyaclar başqa insanların, möhtacların ehtiyacına biganə yanaşdıqları üçün daha da artmaqdadır. Şəhvət hissi nizamsız inkişaf edən bu ehtiyaclardan biridir.

İnsanın hər bir ehtiyacı, onda maraq yaradan və onu hərəkətə gətirən bir qüvvədir. Amma, əgər başqa ehtiyaclar nəzərə alınmadan bu hərəkətverici ehtiyaclar inkişaf etsə, onda faciə baş verəcək.

Bu, biz insanların qüdrət, şəhvət, məqam və sərvət kimi həqiqi imkanları qarşısnda böyük məsulliyətimizdir.

Allahla insan arasında davamlı bağlılıq yaradan iman, yeni sivilizasiyanın əsası və bünövrəsi olmasa, dağıdıcı mədəniyyətlə qarşılaşacağıq. Mədəniyyət tarixini vərəqləyərkən, insanın xüsusi cəhətdə birtərəfli inkişaf etdiyini görəcəyik.

Siyasət, rəhbərlik, ticarət və abadlıq işləri iman prinsiplərinə əsaslanmadan görülərsə, proqramsız inkişaf edəcək, müstəmləkə, qarşıdurma, inhisar (monopoliya - red.), silah gücünə hakimiyyət və bu kimi acı sonluqlarla nəticələnəcək. İnsan həyatı soyuq müharibə və hərbi münaqişələr içində çürüyəcəkdir.

Nəfsi (özünü) sevmək, onu əziz tutmaq (izzəti-nəfs) insanın kamilliyinin əsası və bünövrəsi sayılır, əgər bu sevgi bir şəxsdə özünə sitayiş formasını alsa, onda problem yaranacaq.

Müharibələr, milli ayrıseçkilik, başqalarını təhqir etmək, cəmiyyətin müxtəlif təbəqələri arasında şiddətli qarşıdurmalar ailədən tutmuş beynəlxalq ictimayyətə qədər bütün dava-dalaşların səbəbi müxtəlifdir.

Yaradılışın fundamental xüsusiyyəti kimi qəbul olunan bu qarşıdurmalar özünü sevməyin özünə pərəstişə çevrilməsinin nəticəsidir. Fərdin bir qrup daxilində nümayiş etdirdiyi mənəm-mənəmlik və özünü sevmək xüsusiyyəti də eyni mənfi təsir göstərir.

Qrup və cəmiyyətlər insanlara xidmət etmək üçün formalaşıb. İnsan təbiətən ictimai yaradılıb. İnsan şəxsi və ictimai xüsusiyyətə malik olan varlıqdır. İnsanın problemləri müxtəlif surətlərdə yaranır.

Fərdi, ailədaxili, qəbilə, tayfa və məzhəbdaxili özünü sevmək səmavi dəyərləri dünyəvi dəyərlərə çevirir, din və məzhəb anlamını özündən uzaqlaşdırır, müqəddəs dəyərləri, uca məqama çatmaq istəyini aradan aparır. Yüksək dəyərləri sövdəgərlik üçün bir vasitəyə çevirən tayfabazlıq özünü sevən millətçiliyə çevrilir.

İnsanın ən şərəfli hislərindən biri sayılan vətən sevgisi də əsl-nəcabətpərəstik hisslərinə çevrilə bilər. Belə ki, şəxs Allah əvəzinə öz vətəninə pərəstiş edər, öz vətəninin əzəmətini başqalarının vətənini xarabaya çevrilməklə, öz mədəniyyətini başqalarının mədəniyyətini məhv etməklə möhkəmlədər, öz xalqının güzəranını başqa xalqların yoxsullaşması hesabına yaxşılaşdırar.

Dünyanı bir neçə dəfə od-alova bürüyən Nasizm millətçiliyin gətirdiyi acı nəticələrin bariz nümunəsidir. Bu özünü sevmək hissləri, əslində qurucu hisslər idi, amma inkişafın düzgün istiqamətdə getməməsi, bu hislərin viranedici və dağıdıcı qüvvəyə çevrilməsinə gətirib çıxardı.

Əgər özünü, qohum əqrabasını, tayfa və qəbiləsini, vətənini sevmək düzgün istiqamətdə formalaşarsa, müəyyən olunmuş çərçivədən kənara çıxmazsa, insan həyatına müsbət təsir qoyacaq.

İndi, bu çıxış üçün müəyyən etdiyimiz mövzuya qayıda bilərik. İnsan öz ehtiyaclarını təmin edərkən, öz istedadından faydalanarkən, onu əhatə edən cəmiyyətlə uyğunlaşmalıdır. Başqa ehtiyacların təmin olunması üçün nəzərdə tutulan büdcə hesabına təmin olunan ehtiyaclar ağır çətinliklərlə üzləşəcəkdir.

Başqalarının haqqının tapdanması hesabına təmin olunan hüquqlar gec-tez qüvvədən düşəcək. Başqa qrupların hüquqlarına biganə yanaşmaq hesabına inkişaf edən qrup fəlakətlər yaradacaqdır.

Livan bizim ölkəmizdir. O ölkənin sərmayəsi, onun birinci və axırıncı adamıdır. O insanlar ki, Livanın əzəmətini öz dü şüncəsi, fəaliyyəti və mühacirəti ilə vücuda gətirib, bu ölkədə belə insanları qorumaq lazımdır.

Əgər digər ölkələrin insandan başqa da sərmayəsi varsa, bizim Livanda insandan başqa sərmayəmiz, elə insanın özüdür. Buna əsasən, bizim Livanın ibadət mərkəzlərindən tutmuş universitetlərinə qədər bütün mərkəzlərdə göstərdiyimiz fəaliyyət Livan xalqının, bütün insanların, regiondakı bütün xalqların qorunması istiqamətinə yönəlməlidir.

Əgər Livanı qorumaq istəyiriksə, əgər milli hisslərimizi yüksəltmək, öz dini mənəviyyətımıza cavab vermək istəyiriksə, gərək Livan xalqını və onun bütün qüvvələrini birləşdirək. Livanın məhrumiyyəti düzgün tədbirlərin görülməməsindən qaynaqlanır, buna görə isə bizim hamımız məsuliyyət daşıyırıq. İnsan yolunda lazımi qədər, insanın insaniyyətinə hörmətsizlik olunmamaq şərtilə, çətinlik çəkməyə icazə verilir.

Əziz dinləyicilər, bizim və Livan xalqının yaşadığı region, Livan xalqının özü kimi, bizim və məsul şəxslərin öhdəsinə qoyulan əmanatdir. Livanın cənub və digər bölgələri vətən olduğuna görə və Allahın "Vətəni sevin",- deyə, verdiyi əmrə əsasən, qorunması vacib olan əmanətdir. Buna görə də düzgün və azad fikirlərlə, dəqiq işlər görməklə bu məsulliyyəti tez yerinə yetirməliyik.

Səhv fikir və yanlış işlər görmək, hər ikisi xəyanətdir; fəsad işləra mürtəkib olmaq, başqalarının imkanlarını əlindən almaq, cəmiyyətin malını və haqqını hədərə vermək.

Livan insan və insaniyyət ölkəsidir, onu həqiqəti düşmənlə müqayisə edəndə açıq-aşkar görürük ki, düşmən millətpərəstlik cəmiyyəti yaradıb, onun vasitəsilə bütün sahələrdə, o cümlədən siyasi, mədəniyyət və hərbi sahələrdə dağıdıcılıqla, tafriqə yaratmaqla məşğuldur. Bela ki, tarixin həyasızcasına saxtalaşdırılması, Qüds şəhərinin yəhudiləşdirilməsi, həmin şəhərin tarixi əsərlərini məhv etməsi bunun nümunələrindəndir.

Buna görə biz, öz vətənimizi Allah və insanlığa xatir, balkə də bütün bəşərriyyətə və haqq yolunda mübarizə çöhrəsinin yaşamasına xatir qurmalıyıq.

Ey mömin və möminələr, gərək bütük insanlar, beyrutlular, cənublular, əkalılar, Beyrutun ətrafındakılar, Kerintina, Həyyus-səlam əhalisi, bütövlükdə hamımız birləşək, həmrəy olaq.

Bu insanlar, bu hərakatın bir hissəsi hər növ təbəqələşmədən uzaqdır. Gəlin, Livan xalqını qoruyaq, bununla da Uca Rəbbimizin, qocaman tarixin bizim üzərimizdə olan qiymətli əmanətinin keşiyini çəkmiş olarıq.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031