Qisasın fəlsəfəsi nədir?
İslam dini üç laydan ibarətdir ki, onlar dünyagörüşü, əxlaq və fiqhdir. Dünyagörüşü etiqada aid olan mövzulardır ki, dinin əsasını təşkil edir.
Əgər insan xilqətin hədəfinin nə olduğunu bilərsə və haradan gəlib, hara getdiyindən məlumatı olarsa – o zaman müsəlman hesab oluna bilər. Qisas o mövzulardandır ki, əhkama aid edilir. Quranın nəzərinə görə, qisas cəmiyyət həyatının mənbəyidir. Qisası yerinə yetirməyin bir çox hikmətləri vardır. O cümlədən: insan canını dəyərli hesab etmək, kor-koranə olan intiqamdan çəkinmək və cinayətkarı cəza təhdidi ilə qorxutmaq və bu kimi. Əslində qisas o əməllərdəndir ki, başqa dinlərdə də olmuşdur. Hər kim qisas olacağına inanarsa, qətldən və insanlara əziyyət verməkdən çəkinər. İnsanlar öz vicdanlarına söykənərək yaxşı bilirlər ki, əgər kimisə bilərəkdən qətl edərsə və ya onun canına ziyanlar vurarsa, qarşı tərəfin də eyni şeyləri onunla etməsinə icazə verilər. İslam dini kamil din olduğu üçün yaratdığı insanın ziyan görməsini istəməz. Dinimiz qisas almaq üçün iki yol qoyar. Ya qarşı tərəfin etdiyi əməli onunla etmək və ona adekvat ziyan vurmaq və ya həmin şəxsi bağışlamaq və güzəşt etmək. Dinimiz bir tərəfdən qisasa icazə verir və o biri tərəfdən isə buyurur ki, əgər onu bağışlasan sənin üçün daha faydalı olar – həm dünyada və həm də axirətdə. Qisas insanların qəlbində olan kimi aradan aparar və insanların yersiz intiqam almasının qarşısını alar. Beləliklə, deyə bilərik ki, qisasın fəlsəfəsi budur ki, insanları qətldən və başqa ziyanverici əməllərdən uzaqlaşdırsın. Qarşı tərəf yaxşı bilər ki, əgər bu gün bilərəkdən kimisə ödürürsə, qisasa əsasən o da cəzalandırıla bilər. Çünki məzlumun belə bir haqqı vardır. /Deyerler.org/ Oxşar xəbərlər
|