Müvəffəqiyyət yolunda qorxunu aradan qaldıran 5 yol
Mьəllif: admin1
Tarix: 10-12-2019, 21:47
Müvəffəqiyyət yolunda qorxunu aradan qaldıran 5 yol
Bizlər hamımız çətin həyatı dadmışıq. Dalana düşmüşük və çarəsiz qalmışıq. Bu dalandan çıxış yolunu tapa bilməmişik. Bir neçə həll yolu zehnimizə gəlsə də, qorxmuşuq və bu qorxu bizi hərəkət etməkdən saxlamışdır.

Həyatda müvəffəq olan insanlarla adi insanların fərqi ondadır ki, o zaman ki, istədikləri hədəfə çatmırlar – ümidsiz olurlar. Halbuki, müvəffəq insanlar daha güclü iradə ilə hərəkət edirlər. Onlar həmişə azadlığı və səy göstərməyi seçirlər.

Pozitiv insanlarla neqativ insanların fərqi ondadır ki, o yerdə ki, başqaları deyərlər ki, bacarmırıq, onlar əksinə irəli gedər və daha möhkəm iradə ilə əzm göstərərlər.

Heç indiyə qədər özünüz üçün plan qurmusunuzmu?

Qorxan insanlar həmişə elə güman edərlər ki, nə qədər səy göstərsələr, yenə də alınmır. Onlar bu yolda məğlub olmaqdan qorxarlar. Qorxu hissi bu insanlara təlqin edər ki, sən müvəffəq ola bilməyəcəksən. Ona görə də hərəkət etmə və heç bir iş görmə.

Nə qədər qorxumuz çox olarsa, addımlarımız da o qədər ləngiyər.

Bəs bu qorxuya necə qalib gələ bilərik?

1. O işdən ki, qorxuruq, onu yerinə yetirməyə çalışmalıyıq. Müvəffəq olmaq üçün cürət hissimizi gücləndirməliyik. Mənfi fikirlərimizlə mübarizə aparmalıyıq.

2. Əgər qorxu ilə mübarizə aparsaq və üzləşsək – o zaman stresslərimiz də azalmağa başlayar.

3. Hədəfin ardınca gedək və əlaqə bəslədiyimiz işləri görməkdən çəkinməyək.

4. Biz o zaman şad olmağı təcrübə edərik ki, ən pis qorxularımızla üzləşərik. Onları məğlub edə bilərik.

5. Əgər müsbət düşüncələrə malik olsaq, o zaman bu qorxuya daha rahat qalib gələ bilərik.

Mövzunu yaxşı başa düşmək üçün bir əhvalatın sorağına gedək. Bir nəfər nəql edir ki, atası xəstə idi. Atası bu xəstəliyinin çarəsini tapmaq üçün həkimə getmirdi, qorxurdu.

Ancaq uzun bir zaman keçəndən sonra həkimə getməyi qərara alır və həkim deyir ki, səndə qaraciyər xərçəngi vardır və ömrünün bitməsinə 2 ay qalmışdır.

Atam vəfat edəndən sonra onun əşyalarını yığışdırırdıq və orada atamın arzuları yazılan dəftər də var idi. Atam uzun zaman idi ki, öz vətəninə geri qayıtmaq istəyirmiş. Əgər qorxmasaydı və cürət edib getsəydi, bəlkə də onun həyatı tamamilə başqa cür olardı.

Bu əhvalat bizə bir daha xatırladır ki, insan gərək hədəfinə doğru hərəkət etsin və qorxmasın. Qorxduğu işlərin sorağına getsin ki, bu hissi azaltmış, hətta aradan aparmış olsun.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031