Möminin dünya və axirətdə 3 zinəti
Mьəllif: admin1
Tarix: 11-12-2019, 21:56
Möminin dünya və axirətdə 3 zinəti
İmam Sadiq (ə) buyurur: “Üç şey möminin dünya və axirətinin iftixar mənbəyidir: Biri gecənin sonunda gecə namazıdır, ikincisi insanların əlində olandan ehtiyacsız olmaq, üçüncüsü isə Ali-Muhəmmədin (ə) vilayətini qəbul etməkdir”.

Gecənin sonunda qılınan gecə namazı mömini Allaha yaxınlaşdırar və xəlvətdə bir-biri ilə ünsiyyət qurarlar. Gecə namazı Həzrət Peyğəmbərə (s) vacib olsa da, möminlər üçün müstəhəb əməldir.

Ancaq həqiqi möminlər bir gecə belə, bu müstəhəb əməldən əl çəkmirlər. Çünki onun şirinliyini hiss ediblər və bu şirinlik heç bir şeylə müqayisə olunan deyildir. Bu namaz mömin üçün zinətdir – həm dünyada və həm də axirətdə.

Mömin o kəsdir ki, malik olduğuna qane olar və insanların əlində olanlara ehtiyac duymaz.

Hər kim İmamların (ə) vilayətini qəbul edər, Quran və İtrətin (ə) davamçısı olar. Qurani-Kərimdə buyurulur ki, Mən sizə ömür sərmayəsi vermişəm və onu gecə və gündüz Allahla ünsiyyətə sərf edin. Çünki ömür bir damcı su kimidir, tez bitir.

Quranda bir surə vardır ki, adı “Təğabundur”. Yəni, Qiyamətin adlarından biridir. Bu surə bizlərə kimlərin məlun olduğunu açıq şəkildə nişan verir. Dünyanı ticarət yeri adlandırır.

Burada bir dəstə əkəndirlər, bir dəstə isə əkməklə araları yoxdur, ancaq əkilənlərə ziyan verməklə məşğuldurlar. Qiyamət səhnəsində bütün bunların hamısı üzə çıxacaq və kimin mahir tacir olduğu bilinəcəkdir.

İmam Sadiqin (ə) də buyurduğu kimi, möminin dünya və axirətdə üç zinəti vardır: gecə namazı, insanlardan ehtiyacsız olmaq və vilayəti qəbul etmək. Hər kim vilayəti qəbul edər, İtrəti (ə) də qəbul edər və yaxşı bilər ki, bu dünyada Allahla vasitə qurmaq üçün Məsumlara (ə) ehtiyacı vardır.

Ancaq Məsumlara (ə) təvəssül və Qurana əməl etmək sayəsində bu ticarət dünyasında qalib ola bilər. Əkdiklərini axirətdə biçə bilər. Bu üç zinətin qədrini bilək və ona əməl edək.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031