Təyyibə həyat kimlərə aiddir?
Əgər kimsə İlahi maarifə və əhkama malik olarsa deməli təyyibə həyatda yaşayır. İmam Əliyə (ə) sual verirlər ki, təyyibə həyat nədir?
Həzrət (ə) buyurur: “Həyatın təyyibə olması bu dəstə üçündür: “Hər kim – kişi yaxud qadın – imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97)”. Bu ayə buyurur ki, təyyibə həyat o insanlara aiddir ki, məadı və Qiyaməti xatırlayar və saleh əməl yerinə yetirər. Məad mövzusu – insanı tərbiyə edən ən mühüm mövzulardan biridir. Hicaz müşrikləri Allahın olduğunu qəbul etsələr də, məadı inkar edərdilər. Yəni, belə düşünürdülər ki, insan ölən zaman çürüyər. Ancaq İslam dini gəlmiş və deyir ki, insan əbədi həyata malikdir, baxmayaraq ki, bədəni çürüsə belə. Bu səbəbdən bu insanların təyyib və pak həyatları olmamışdır. Çünki dinimizin əsil sütunlarından biri olan məadı inkar etmişdilər. Əgər insan bir gün səfərə çıxarsa, birgünlük yemək götürməsi kifayətdir. Əgər yaylağa üç aylıq gedirsə, üç aylıq ərzaq götürsə – bəsidir. Ancaq əgər insan əbədi həyata malikdirsə, bunu dünyaya sığışdırmaq olmaz. İnsan heç bir zaman aradan getməz. Sadəcə dünyasını dəyişər və başqa dünyaya köç edər. Bu dünyaya gəlişinin səbəbi isə təkamülə çatmaq və inkişaf etmək olmuşdur. Əgər dünya imtahanları qarşısında mətanət göstərə bilibdirsə, o zaman təkamül edər və bu imtahanlar sayəsində inkişaf edər. Belə bir insan – əsil hədəfi ilə yaşamağı bacaran insandır. Yəni, əsil hədəfinin nə olduğunu yaxşı bilir və ona tərəf hərəkət etməkdədir. Beləliklə, deyə bilərik ki, hər kimin bu dünyada İlahi maarifi və İlahi əhkam bilikləri olarsa və məada inanarsa və əsil hədəfinə görə yaşayarsa – əlbəttə ki, bu insan təyyibə həyata malik olacaqdır. /Deyerler.org/ Oxşar xəbərlər
|