İslam dininin müxtəlif məzhəbləri – 10 mərhələdə yaranmış
Təəssüf ki, tarixin gedişatı boyu müqəddəs dinimiz müxtəlif məzhəblərə bölünmüşdür. Bu məzhəbləri tanıyaq.
Həzrət Peyğəmbərin (s) vəfatından sonra yaranan məzhəblər: 1. İmam Əli (ə) vilayətini Allah tərəfindən təyin edilən vəsi kimi qəbul edənlər (haqq məzhəb). 2. İmam Əlini (ə) Peyğəmbərdən (s) sonra gələn övliyalar kimi qəbul edənlər. 3. İmam Əlinin (ə) başqalarından üstün olmasını qəbul edənlər. İmam Əlinin (ə) şəhadətindən sonra yaranan məzhəblər: 1. İmam Həsəni (ə), İmam Hüseyni (ə) və onlardan sonra İmam Səccadı (ə) məsum İmam qəbul edənlər (haqq məzhəb). 2. Həzrət Əlini (ə) diri hesab edənlər. Onların əqidəsinə görə İmam Əli (ə) ölməmişdir. 3. Kisaniyyə məzhəbi. Bu məzhəbin davamçıları Muhəmməd ibni Hənəfiyyəni imam hesab edirlər. İmam Səccadın (ə) şəhadətindən sonrakı məzhəblər: 1. İmam Baqiri (ə) İmam qəbul edənlər (haqq məzhəb). 2. Zeyd ibni Əlini imam qəbul edənlər. 3. Carudiyyə. Carudiyyə firqəsi – Zeyd ibni Əlidən sonra Nəfsi Zəkiyyə ləqəbi ilə məşhur olan Məhəmməd ibni Əbdullah ibni Həsən ibni Əli (ə) ibni Əbu Talibin imamətini qəbul edirdi. 4. Əcliyyə. 5. Hüseyniyyə. 6. Məğirə. İmam Baqirin (ə) şəhadətindən sonra yaranan məzhəblər: 1. İmam Sadiqi (ə) İmam kimi qəbul edənlər (haqq məzhəb). 2. Muhəmməd ibni Abdullahı imam qəbul edənlər. İmam Sadiqin (ə) şəhadətindən sonra yaranan məzhəblər: 1. İmam Kazımı (ə) imam kimi qəbul edənlər (haqq məzhəb). 2. İsmayili imam kimi qəbul edənlər. 3. İmam Sadiqin (ə) diri olduğunu iddia edən məzhəb ki, Navusiyyə adlanır. 4. Abdullah ibni Cəfəri imam kimi qəbul edənlər ki, Fəthiyyə adlanır. İmam Kazımın (ə) şəhadətindən sonra yaranan məzhəblər: 1. İmam Rzanı (ə) İmam kimi qəbul edənlər (haqq məzhəb). 2. İmam Kazımın (ə) sağ olduğunu iddia edənlər ki, Vaqifiyyə adlanır. İmam Rzanın (ə) şəhadətindən sonra yaranan məzhəblər: 1. İmam Təqini (ə) İmam kimi qəbul edənlər (haqq məzhəb). 2. Əhməd ibni Musanı imam kimi qəbul edənlər. 3. Vaqifiyyə əqidəsinə geri dönənlər. İmam Təqidən (ə) sonra yaranan məzhəblər: 1. İmam Hadini (ə) İmam kimi qəbul edənlər (haqq məzhəb). 2. Musa ibni Muhəmmədi imam kimi qəbul edənlər. İmam Hadinin (ə) şəhadətindən sonra yaranan məzhəblər: 1. İmam Həsən Əsgərini (ə) İmam kimi qəbul edənlər (haqq məzhəb). 2. Muhəmməd ibni Nəsiri imam kimi qəbul edənlər. 3. Muhəmməd ibni Əli ibni Hadinin imamətinə etiqad bəsləyənlər. İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra yaranan məzhəblər: 1. İmam Həsən (ə) övladı Hüccət ibnil Həsəni (ə.f) İmam kimi qəbul edənlər. 2. İmam Həsəni (ə) imam kimi qəbul edənlər. 3. Cəfər ibni Əli ibni Hadini imam kimi qəbul edənlər. Əlbəttə ki, müasir dövrümüzdə bu məzhəblərin hamısı qalmamışdır, əksər hissəsi dağılmış və başqa məzhəblərə qoşulmuşdur. (Deyerler.org) Oxşar xəbərlər
|