Şirkdən sonra ən böyük günah hansıdır?
Böyük din alimlərindən olan Ayətullah Dəstğeyb bizə kəbirə günahların ən böyüyü ilə tanış etmişdir. Alim buyurmuşdur ki, şirk günahından sonra ən böyük günah – Allahın rəhmətindən ümidsiz olmaqdır.
Bu günah insanı məhv edə bilər. İnsan həm dünyada və həm də axirətdə əzaba düçar olar. Ayətullah Dəstğeyb ümidsizlik haqqında buyurur: “Məgər aqil insan Kərim Allahından məyus ola bilərmi? Bu səbəbdəndir ki, alimlər deyirlər ki, müsəlman şəxs özünü kafir və fasiqdən üstün bilməməlidir. Özünü xoşbəxt və onları bədbəxt hesab etməli deyildir. Onun halı belə olmalıdır ki, əgər İlahi tövfiq bizə şamil olarsa, ən yaxşı halla bu dünyadan gedək. Filan kafir də dünyadan ən yaxşı halda getsin. Bu zaman mən ondan daha üstün olacağam. Ümidsizlik insanı tərəqqi etməyə qoymaz. Ancaq mömin belə güman etməməlidir ki, insanın tərəqqi etməsi üçün ancaq zəkanın təsiri vardır. Əgər tarixə baxsaq, görərik ki, çox sayda insanlar olmuşdur ki, heç bir zəkaya malik olmadan Allahın fəzli ilə ali məqama çata bilmişdilər. Fəzil ibni Əyaz və Bərhəm Nəsrani kimi insanlar. Ümidsizlik – Allahı inkar etməyin və küfrün nişanələrindəndir. Hər kim Allahı qüdrət, kərəm və elmlə tanıyarsa, bilər ki, O, aləmlərin xaliqidir. Qüdrəti sonsuz və hikməti əlçatmazdır. Ona görə də ancaq Ona ümid bəsləmək lazımdır”. Allah Təala bizə tövfiq versin ki, ümidsizlik günahına düçar olmayaq. (Deyerler.org) Oxşar xəbərlər
|