Seyidlərin neçə qolu var?
Seyid sözünün Qurandakı mənası – sərvər və rəhbər deməkdir.
Seyidlər – Həzrət Peyğəmbərin (s) nəsillərindən gələn insanlardır. Əhli-Beyt (ə) məktəbinin nəzərinə görə, seyidlərin əsas iki qolu mövcuddur. Birinci qol - Ələvi seyidlərdir. İmam Əlinin (ə) üç övladı olan Muhəmməd ibni Hənəfiyyə, Həzrət Əbülfəzl-Abbas və Ömər ibni Əlinin nəslini Ələvi seyidləri adlandırırlar. Ancaq İmam Həsən (ə) və İmam Hüseynin (ə) nəslindən gələn insanları Haşimi seyidləri və ya Həsəni və Hüseyni seyidləri adlandırırlar. Bəs Həsəni seyidləri kimlərdirlər? Bu nəslin kökü – Həzrət İmam Həsən Müctəbaya (ə) çatır. Bu nəsildən olan insanlar tarix boyu siyasi və ictimai işlərdə fəal iştirak etmişdilər. O cümlədən, Həsəni seyidləri zalımlara qarşı qiyamlar da törətmişdilər. İslam ümmətinin müxtəlif nöqtələrində ədaləti bərpa etmişdilər. Hal-hazırda Təbatəbai, Müdəssir, Həkim kimi dahi alimlərin nəsli – Həsəni seyidləridir. Tarixin yazdığına görə, İmam Həsənin (ə) 8 övladı olmuşdur. Onların üçü İmam Hüseynlə (ə) həccə gəlmiş və ehram halında vəfat etmişdilər. İmam Həsənin (ə) 3 oğlu isə Kərbəlada şəhid olmuşdu. Aşura günü şəhid olan İmam Həsən (ə) övladlarının adı Abdullah, Qasim və Əbubəkr olmuşdur. Bu, həmin məşhur Qasim və Abdullahdır ki, kiçik yaşlarında şəhid olmuşdular və onların adı gələndə, “Əmican!” deyə İmam Hüseyni (ə) imdada çağırmaları yada düşəndə şiələrin gözündən yaş axır… Bu iki imamzadə hələ uşaq yaşlarında şəhid olduğundan, İmam Həsənin (ə) övladlarının ancaq ikisinin nəsli davam etmişdi. Bunlar – Həsən Müsənna və Zeyd ibni Həsən idi. Zeyd ibni Həsən sədaqətinə və əmanətdar olmasına görə insanlar arasında xüsusi ehtirama malik olan şəxsiyyət olmuşdur. Onun iki oğlu olmuşdur. Birinin adı İbrahim və o birisinin adı Həsən olmuşdur ki, Həzrət Seyyid Əbdül-Əzim Həsəninin (“Rey müsafiri”) nəsli ondan gəlir. Həsən Müsənna (Həsən ibn Həsən (ə)) İmam Həsən Müctəbanın (ə) ətəyində böyümüş bir insan idi. O, Kərbəlada iştirak etmişdir və hətta Aşura günü çoxlu yaralar almışdır. O qədər yaraları olur ki, onu ölü hesab edirlər. Ancaq can vermədiyi üçün dəfn etmirlər və o, sağalır və əsirlərin sırasına qoşulur. Əmisi qızı olan Fatimə binti Hüseyn (ə) ilə evlənir və övlad sahibi olur. Həzrət Peyğəmbərin (s) mübarək nəzərinə görə, hər kəs öz cəddinin kim olduğunu bilməlidir. Bu əməli sileyi-rəhmdən hesab edir. Başqa bir tərəfdən isə Allah buyurur: “De: «Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm». Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq (onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan və qədirbiləndir”. (“Şura” 23). Bu ayə də bizlərə Həzrət Peyğəmbərin (s) nəsli haqqında məlumata malik olmağı zəruri bilir. Bu, elə nəsildir ki, onu tanımaq və ona ehtiram göstərmək lazımdır. (Deyerler.org) Oxşar xəbərlər
|