Ən adil və ən güclü kimdir?
Həzrət Musa (ə) Allah Təalaya deyir: “Ya Rəbbim! Sənin bəndələrindən kim daha güclüdür?”.
Buyurur: “O kəs ki, Mənim verdiyimə qənaət edər”. Soruşur: “Kim daha adildir?”. Buyurur: “O kəs ki, özündən insaf göstərər”. Allahın Peyğəmbəri (s) buyurur: "Adil o şəxsdir ki, özü ilə necə rəftar edilməsini istəyirsə, camaatla da o cür rəftar etsin". İmam Əli(ə) buyurur: "Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir". İmam Əli (ə) buyurur: "Heç bir xəzinə qənaət qədər zəngin deyil". İmam Əli (ə) buyurur: "İffrətin kökü qənaətdir, meyvəsi isə qəm-qüssənin azalması". İmam Sadiq (ə) buyurur: "Mən mötədil (qənaətcil) olanın yoxsul olmayacağına zəmanət verirəm". İmam Əli (ə) buyurur: "Başqaları ilə insafla, möminlərlə isə fədakarlıqla davran". İmam Əli (ə) buyurur: "Ən böyük savab – insafın savabıdır". İmam Əli (ə) buyurur: "Qüdrətin zəkatı inşafdır". /Deyerler.org/ Oxşar xəbərlər
|