Bu əməllər qəbir əzabını yüngülləşdirir
Qəbir əzabı o mövzulardandır ki, hədislərimiz onun haqqında bizə məlumat vermişdilər.
Qəbir əzabı çəkməyən insanların sayı azdır. Demək olar ki, əksər insanlar – istər mömin olsun, istərsə də kafir – qəbir əzabını çəkəcəkdir. Mömin israf etdiklərinin cəzasını görəcək, kafir isə Allahı inkar etdiyinin. Bəs hansı əməllər və hallar qəbir əzabını yüngülləşdirə bilər? 1. Xeyir işi öyrətmək və öyrənmək. 2. Namazın rükusunu kamil şəkildə yerinə yetirmək. 3. Möminin qəlbini sevindirmək. 4. Möminə paltar hədiyyə etmək. 5. “Zariyat” surəsini oxumaq. 6. Hər cümə “Nisa” surəsini oxumaq. 7. “Zuxruf” surəsini oxumaq. 8. “Ayətül-kürsü”nü oxumaq. 9. Dörd dəfə həccə getmək. 10. Cümə günündə vəfat edən möminlərin də qəbir əzabı yüngülləşər. (Deyerler.org) Oxşar xəbərlər
|