Ərş xəzinələrindən olan kəlmələr (mühüm bir dua)
Mьəllif: admin1
Tarix: 17-12-2019, 21:43
Ərş xəzinələrindən olan kəlmələr (mühüm bir dua)
İbn Fəhəd Hillinin məşhur “Uddətud-dai” kitabında mühüm bir hədis nəql olunur:

Vəhy mələyi Cəbrail (ə) Peyğəmbərin (s) hüzuruna gəlib deyir: “Allah-Taala sənin üçün hədiyyə göndərib. Bu, ərş xəzinələrindən olan kəlmələrdir. Allah Öz ərşini bu kəlmələrə görə əziz tutub.” Sonra həmin kəlmələri oxumağa başlayır:

يَا مَنْ أَظْهَرَ الْجَمِيلَ وَسَتَرَ الْقَبِيحَ ، يَا مَنْ لَمْ يُؤَاخِذْ بَالْجَرِيرَةِ ، وَلَمْ يَهْتِكِ السِّتْرَ عَنِّي ، يَا عظیم الْعَفْوِ ، يَا حَسَنَ التَّجَاوُزِ ، يَا واسِعَ الْمَغْفِرَةِ ، وَيَا باسِطَ الْيَدَيْنِ بِالرَّحْمَةِ ، يَا صاحِبَ كُلِّ نَجْوَىٰ ، وَيَا مُنْتَهىٰ كُلِّ شَكْوَىٰ ، يَا كَرِيمَ الصَّفْحِ ، يَا عَظِيمَ الْمَنِّ ، يَا مُبْتَدِئاً بِالنِّعَمِ قَبْلَ اسْتِحْقَاقِهَا ، يَا رَبنا وَيَا سَيِّدنا ، وَيَا مَوْلَانا ، وَيَا غَايَةَ رَغْبَتِنا ، وَأَسْأَلُكَ یا الله أَنْ لَا تُشَوِّهَ خلقی بالنَّارِ.

“Ya mən əzhərəl-cəmilə və sətərəl-qəbihə, ya məl-ləm yuaxiz bil-cərirəti, və ləm yəhtikis-sitrə ənni, ya əziməl-əfvi, ya həsənət-təcavuzi, ya vasiəl-məğfirəti, və ya basitəl-yədəyni bir-rəhməti, ya sahibə kulli nəcva və ya muntəha kulli şəkva, ya kəriməs-səfhi, ya əziməl-mənni, ya mubtədiən bin-niəmi qəbləstihqaqiha, ya Rəbbəna və ya Səyyidəna, və ya Məvlana, və ya ğayətə rəğbətina, və əs`əlukə ya Allahu əl-la tuşəvvihə xəlqi bin-nari.”

“Ey yaxşılıqları aşkarlayıb pisliklikləri örtən, ey günaha görə cəzalandırmayıb hörmət pərdəsini götürməyən, ey əfvi əzəmətli olan, ey məğfirəti geniş olan, ey iki qüdrət əli açıq olan, ey hər sirrin sahibi, ey şikayətlərin sonu, ey böyüklüklə bağışlayan, ey neməti əzəmətli olan, ey neməti istənilmədən əta edən, ey Rəbbimiz, ey Ağamız, ey Mövlamız, ey rəğbət və şövqümüzün sonu! Ey Allah, Səndən istəyirəm ki, vücudumu Cəhənnəm odu ilə çirkin surətə döndərməyəsən!”

Həzrət Peyğəmbər (s) Cəbrailə (ə) buyurdu: “Bu kəlmələrin savabı nədir?”

Cəbrail (ə) dedi: “Bu kəlmələrin savabından agahlığa güc çatmaz. Əgər yeddi göy və yeddi yerin mələkləri toplanıb Qiyamət gününədək bu duanın savabını vəsf etsələr, onun mində biri üçün yetərli olmaz:

“Ya mən əzhərəl-cəmilə və sətərəl-qəbihə” deyənin günahı örtülər, dünyada rəhmətə və axirətdə yaxşılığa çatar və dünya ilə axirətdə min pərdəyə bürünər.

“Ya mən ləm yuaxiz bil-cərirəti və ləm yəhtikis-sitrə ənni” deyəni Allah Qiyamətdə hesaba çəkməz və pərdələr götürülən gün onun pərdəsi qalar.

“Ya əziməl-əfv” deyənin günahları dəryaca da olsa belə bağışlanar.

“Ya həsənət-təcavuz” deyənin hətta böyük günahları belə əfv edilər.

“Ya vasiəl-məğfirəti” deyən Allahın rəhmətinə qərq olar.

“Ya basitəl-yədəyni bir-rəhməti” deyənə Allah rəhmətlə qüdrət əlini açar.

“Ya sahibə kulli nəcva və ya muntəha kulli şəkva” deyənə hər bir müsibətin savabı əta olunar.

“Ya əziməl-mənni” deyən bütün arzularına çatar.

“Ya mubtədiən bin-niəmi qəbləstihqaqiha” deyənə şükür edən bəndənin savabı verilər.

“Ya Rəbbəna və ya Səyyidəna” deyən haqqında Allah-Taala buyurar: “Ey mələklərim! Şahid olun ki, onu bağışladım...”

“Ya Məvlana” deyənin qəlbi imanla doldurular.

“Ya ğayətə rəğbətina” deyənə xalqın istəyincə əta olunar.

Bəndə “əs`əlukə ya Allahu ən la tuşəvvihə xəlqi bin-nari” dedikdə Allah buyurar: “Bəndəm oddan qurtuluş istədi. Ey mələklər, şahid olun ki, onu, ata-anasını, qardaşlarını, əhli-əyalını, qonşularını azad etdim. Onun min Cəhənnəm əhli ilə bağlı şəfaətini qəbul etdim və onları Cəhənnəmdən qurtardım.”

Cəbrail (ə) dedi: “Ya Muhəmməd, bu sözləri təqva əhlinə öyrət, münafiqlərə yox! Bu duanı oxuyanın duası qəbuldur...”

Möhtərəm oxucular bu duadakı böyük savablara təəccüb etməməlidirlər; şünki Allahın rəhməti sonsuz, mükafatları tükənməzdir. (“Uddətud-dai”, səh.239; “Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.433-435.)

Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031