İnsanın ən böyük düşməninə necə qalib gəlmək?
Mьəllif: admin1
Tarix: 19-12-2019, 11:33
İnsanın ən böyük düşməninə necə qalib gəlmək?
Sizin nəzərinizə görə, insanın ən böyük düşməni kimdir? Şeytan? Nalayiq dost?

Düzdür, bunlar böyük düşmənlərdir. Ancaq insanın əsil düşməni – onun əmmarə nəfsidir.

Həzərt Peyğəmbər (s) buyurur: “Sənin ən pis düşmənin – həmin əmmarə nəfsindir ki, hamıdan sənə yaxındır və iki böyrün arasında yerləşir”.

İnsan nəfsi zəif olar. Dünyanın bər-bəzəyini görən zaman həvəslənər. Birini əldə edən kimi, bir başqasını istəyər. Ona görə də istədiklərinin həddi və hüdudu olmaz. Get-gedə istəkləri o qədər çox olar ki, insan qul kimi yaşamağa başlayar və tək hədəfi – həmin istəklərin yerinə yetməsi olar.

Bu cür həyat insanı tez yorar və qocaldar. İnsan ömründən istifadə etmək və bəhrələnmək yerinə, nəfsinə xidmət edər. İnsan olmaq yerinə, heyvan olmaqdan əl çəkə bilməz. Bundan da pisi odur ki, istəyinə çatmaq üçün əlini hər bir pis işə atar. Tərəzidə aldadar, yalan deyər, rüşvət alar, yalandan and içər...

Ona görə də əgər insan Allah bəndəsi olmaq istəyirsə, gərək nəfsinə nəzarət etsin. Nəfsinə həddini tanıtsın və onu aşmasına imkan verməsin. Bu zamandır ki, insan azadlığın şirin dadını hiss edəcəkdir.

İmam Səccad (ə) buyurur: “Bütün xeyir odur ki, insan öz nəfsinə nəzarət edər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031