Ruzinin artmasına və günahın azalmasına duanın təsiri necədir?
Mьəllif: admin1
Tarix: 21-12-2019, 20:32
Ruzinin artmasına və günahın azalmasına duanın təsiri necədir?
Ruzinin artmasına təsir edən amillərdən biri də duadır. Dua – hər bir qapının açarıdır. İbni Əmmar nəql edir: “İmam Sadiq (ə) mənə ruzinin artması üçün bir dua öyrətdi ki, ruzinin cəlb etməkdə ondan yaxşısını görmədim:

اَللَّهُمَّ ارْزُقْنِی مِنْ فَضْلِکَ الْواسِعِ اْلحَلالِ الْطَّیِّبِ رِزْقاً واسِعاً حَلالاً طَیِّباً بَلاغاً لِلدُّنْیا وَالْآخِرَهِ صَبَّاً صَبّاً هَنِیئاً مَرِئیاً منْ غَیْرِ کَدٍّ وَلا مَنٍ مِنْ أَحَدِ خَلْقِکَ إِلّا سِعَهً مِنْ فَضْلِکَ الْواسِعِ فَإنِّکَ قُلْتَ وَاسْأَلُوا اللَّهَ مِنْ فَضْلِهِ، فَمِنْ فَضْلِکَ أَسْأَلُ وَمِنْ عَطِیَّتِکَ أَسْأَلُ وَمِنْ یَدِکَ الْمَلآءِ أَسْأَلُ


Ruzinin azalmasına günahın təsiri çoxdur. Allah Təala bu haqda buyurur: “Məni yad etməkdən üz döndərən kəs üçün isə(qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”. (“Taha” 124).

Məsumlarımız (ə) da öz davamçılarını dəfələrlə günahın vurduğu mənfi təsirlərdən söz açmış və günahdan uzaq olmağı tövsiyə etmişdilər. Belə ki, İmam Baqir (ə) buyurur: “Allah bəndəsi günaha düçar olan zaman ruzisi ondan geri götürülər”.

Əmirəl-möminin (ə) buyurur: “Günahdan çəkinin. Çünki hər bir bəla və ruzinin azalması ancaq günaha görə olar. Hətta bədənə dəyən yaralar, ya ayağın harasa ilişməsi və başa gələn müsibət – hamısı günahın sayəsində olar.

Çünki Allah Təala buyurmuşdur: “Sizin başınıza gələn hər bir müsibət – yerinə yetirdiyiniz əməllərə görədir. Baxmayaraq ki, Allah onların əksər hissəsini əfv etmişdir””.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Günahdan uzaq olun. O qədər bəndələr olubdur ki, günah ediblər və buna görə ruziləri həbs olunmuşdur”.

İmam Sadiq (ə) buyurur: “Mömin bəzən günah edər və bu, ruzisindən məhrum olmağa səbəb olar”.

Hədislərdə oxuyuruq ki, bəndənin etdiyi günah sayəsində malların qiyməti qalxar, yağış azalar, ticarət mənfəəti azalar...

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Allah bir ümmətə qəzəblənsə və onlara bəla nazil etməz – qiymətlər yüksələr, ömürlər qısalar, tacirlər mənfəət əldə etməzlər, meyvələr yaxşı olmaz, bulaqların suyu azalar, yağış yağmaz, nalayiq və şər insanlar başqalarına hakim olarlar”.

Əlbəttə ki, ruzinin azalmasına təsir edən ən böyük günahlardan biri də nemətə küfr etməkdir. Quran bu günaha görə ağır əzab verəcəyini vəd etmişdir.

“Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükür etsəniz, sizə (olan nemətləri)mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir»”. (“İbrahim” 7).

“Allah (itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində düşməndən və pis hadisələrdən) amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib. Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geyindirdi və onlara onun tamını dadızdırdı”. (“Nəhl” 112).

Beləliklə deyə bilərik ki, dua ruzinin artmasına səbəb olduğu kimi, günah onun aradan getməsinə, azalmasına və başqa bəlaların yaranmasına bais olar. Ona görə də günah edən zaman nələrdən məhrum olacağınızı bir daha düşünün.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031