Həzrət İsanın (ə) Peyğəmbərimiz (s) barədə müjdəsi
Mьəllif: admin1
Tarix: 21-12-2019, 20:09
Həzrət İsanın (ə) Peyğəmbərimiz (s) barədə müjdəsi
Həzrət İsa (ə) – Bəni-İsrayilə göndərilən peyğəmbərlərdən (ə) biri olmuşdur. Bütün peyğəmbərlər kimi, Həzrət İsa (ə) da insanları tövhidə, yeganə Allaha tərəf dəvət edirdi. O Həzrət (ə) buyururdu:

“Mən sizə tərəf Allahın möcüzəsi yolu ilə gəlmişəm.

Ona görə ki, sizin üçün gildən quş düzəldəm və sonra onu canlandıram. Allahın izni ilə həmin quş dirilər.

Mən anadangəlmə korluğu və bir çox əlacı olmayan xəstələrə şəfa verərəm.

Allahın izni ilə ölüləri dirildərəm.

Yediklərinizdən və evdə saxladıqlarınızda sizə xəbər verərəm.

Allah – mənim Rəbbimdir, Allah – sizin Rəbbinizdir. Ona pərəstiş etməlisiniz”.

Həzrət İsa (ə), Həzrət Musanın (ə) gətirdiyi dini insanlar arasında təbliğ edirdi. O, Həzrət Musanın (ə) gətirdiyi əhkamların bəzisini islah etdi və bu şeylər – Tövratda Bəni-İsrayilə haram olan şeylər idi. O, buyurardı: “Mən sizə tərəf hikmətlə gəlmişəm ki, münaqişə etdiyiniz şeylər haqqında sizə bəyanlar verəm”.

Başqa yerdə buyurur: “Ey Bəni-İsrayil! Mən sizə Allahın göndərdiyiyəm. Məndən əvvəl gələn Tövratı təsdiq edirəm. Məndən sonra gələcək peyğəmbər haqqında müjdə verirəm ki, adı Əhməd (s) olacaqdır”.

Həzrət İsa (ə) saydığı möcüzələrin hamısını yerinə yetirmişdir. Həm quş düzəltmişdi, həm ölüləri diriltmişdir və həm də Allahın izni ilə qeybdən xəbərlər vermişdir.

Həzrət İsa (ə) öz ümmətini tövhidə, yeganə olan Allaha tərəf dəvət etmişdir. O, Bəni-İsrayilin küfrünü görəndən və onların itaətsizliklərini müşahidə edəndən sonra qərara gəlir ki, ona iman gətirən az bir insanları öz həvariləri etsin.

Yəhudilər ona etiraz edir və onu qətl etmək qərarına gəlirlər. Ancaq Allah Təala ona yəhudilərin əlindən nicat verir. Onu səmaya qaldırır və İsanın (ə) məsələsi barəsində yəhudilər şübhəyə düşürlər. Bəziləri xəyal edirlər ki, onu öldürüblər. Bəziləri isə onun dara çəkildiyini söyləyirlər.

Allah Təala buyurur: "Özümdən əvvəlki Tövratı təsdiq edirəm və sizə haram olmuş şeylərin bəzisini (şənbə günü balıq ovlamağı, dəvə ətini, dördayaqlıların bədənlərinin yağını) halal etmək üçün (gəlmişəm). Və sizin üçün Rəbbiniz tərəfindən (öz peyğəmbərliyimə dair) nişanə gətirmişəm. Odur ki, Allahdan qorxun və mənə itaət edin".

"Şübhəsiz, Allah mənim Rəbbim və sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Budur doğru yol!".

Beləliklə, elə ki, İsa onlarda küfr hiss etdi (onların hamısının iman gətirməyəcəyini bildi, din üçün bir mərkəz müəyyənləşdirmək və onun sütunlarını, qoruyucularını möhkəmləndirmək məqsədi ilə) dedi: "Kimlərdir Allaha doğru (hərəkətdə) mənim köməkçilərim?".

Həvarilər (onun ağ geyimli və nurani qəlbli xas dostları) dedilər: "Biz Allahın köməkçiləriyik; Allaha iman gətirdik və şəhadət ver ki, biz təslim olanlarıq".

"Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və bu Peyğəmbərinə tabe olduq. Odur ki, bizi(m adımızı dünyada tövhidin və əqidənin əsaslarına, axirətdə isə peyğəmbərlərin (ə) risaləti çatdırmalarına) şahid olanların zümrəsində yaz".

Və onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi.

Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsanın (ə) qətl planını cızanı onun, yəni Həzrət İsanın surətinə saldı və dostları İsanın əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın dininə rəvac verdi).

(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son İlahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir.

Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam”. "Kafirlərə gəldikdə isə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır”.

"İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını kamil şəkildə verəcəkdir. Allah zalımları sevmir". (“Ali-İmran” 50-57).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031