İnsan niyə ölümü xatırlamaq istəmir?
İnsanların ölümə olan münasibəti inanc və əməllərə görə dəyişir. Bəziləri " ölüm" sözü ilə rastlaşdıqda müsbət, bəziləri ilə mənfi reaksiya verirlər.
Bəziləri bu kəliməyə isti bəziləri isə soyuq münasibət bəsləyir. Quranın ayəsinə görə " ölüm " elə bir nəsnədir ki bunu yer və göy aləmində olan, maddi və mücərrəd varlıqların hər biri, istədi və ya istəmədi mütləq dadacaqdır. Əvvəldə qeyd etdiyimiz kimi, ölümə münasibət idioloji, dini və qeyri dini məktəblərə görə dəyişir. Qədim hind din və inanclarında ölüm ruhun bir cismin digər cismə əvəz edilməsi ilədir. Həmçinin bu gün qul kimi ölən bir kəsin sabah zadəgan kimi dünyaya gəlməsinə belə etiqad bəsləyirdilərlər. Bəziləri isə ölümü bir maddi aləmi digər maddi aləmlə əvəzlənməsinə inanırdılar. Arxeoloji qazıntılar zamanı tapılmış qəbirlərdə, ölmüş insanlarla birlikdə yaşayış ehtiyaclarının təmini üçün lazım olan əşyalar ilə birlikdə dəfn edildiyi müşahidə edilmişdir. Qədim dövrlərdə qadın, kişinin əmlakı sayıldığı üçün onuda onunla birlikdə dəfn etmişdirlər. Görsəndiyi kimi hər bir məktəb ölüm kimi nəsnəni qəbul etmiş və ona görə tədarükünü görmüşdür. Bəziləri ölümü yoxluq kimi qəbul etmiş və onun haqqında belə düşünməkdən qorxmuşdurlar. Bütün səmavi dinlər ölümü bir aləmdən digər bir aləmə keçid vasitəsi adlandırmışdır. O aləmin azuqəsini insanın əməllərində olduğunu İlahi elçilərin vasitəsi ilə diqqətimizə çatdırmışdır. Azuqəsi bol olan ölümə təbəssüm etmiş, azuqəsi az olan isə ölümdən qorxmuşdur. İmam Əli (ə) məsciddə namaz halında başına qılınc ilə zərbətləndiyi an belə buyurur : "And olsun Kəbənin Allahına kı nicat tapdım." Məsumlar dünyanı möminin zindanı, ölümü isə bu zindandan qurtuluş vasitəsi adlandırmışlar. Azuqəsi az olan kəslər haqqında Xacə Nəsrəddin Tusi özünün Əxlaqi Nasir əsərində belə qeyd edir: "İnsanların ölümdən qorxma səbəbi maddi aləmə bağlılığındandır." İmam Əli (ə) Nəhcül Bəlağənin 221- ci xütbəsində dünyaya və ya maddi nemətlərə bağlı olan kəslərə xitab edir: " ... Ölüm sizin sevinc və ləzzətlərinizi məhv edərək istəklərinizi yox edəcək və düşüncələrinizi uzaqlaşdıracaq. O, sevilməyən görüşçü, (hər nə qədər şücaətli və güclü olsan da) məğlub olmayan mübariz və sorğu-suala tutulmayan intiqamçıdır. Onun tələləri sizi tutub, qəm-qüssə və həlakətləri sizi əhatə edib, (oxlarının) ucları sizi hədəf alıb, üstünlük və qüdrəti aranızda əhəmiyyətlidir və zülmü ardıcıl olaraq sizə çatır. Qılıncının zərbəsinin boşa çıxması çox az mümkündür. Buna görə də kölgələrinin qaranlığının, dərdlərinin şölələnməsinin, çətinliklərindən yaranan özündən getmələrin tutqunluqlarının, dərdlərin canı almalarının, qara geyindirmələrinin və pis dadı daddırmasının sizi haqlaması yaxındır..." İnsanların səadət qapısının yolu ölümü daimə xatirlatmasındadır. Ölüm, insanın tutduğu vəzifəsindən aslı olmayaraq fərdi və ictimai məsuliyyətə cəlb edir. Ölüm, öldükdən sonra insanın İmam Əli (ə) demişkən çəkdiyi hər bir aha görə cavab verəcəyini anladır. Bu səbəbə, məsumlar bizləri tez- tez qəbirləri ziyarət etməyə təşviq edirlər. Qəbirləri ziyarət edərkən onlara baxıb ibrət götürməyimizi tövsiyyə edirlər. Vaxt var idi bu qəbr sahibləri sağ olarkən qüdrət və qüvvət sahibi idilər, bu gün isə əllərindən heç bir iş gəlmir. Bir vaxtlar onları qürrələndirmiş vəzifə və mallarının bu gün onlara heç bir faydası olmaz. Fayda yalnız insanın xeyir əməllərində, qiyamət günün sorğu sualını xatırlayaraq Allaha, Onun elçisinə və Əhli Beytə (ə) itaət etməkdədir. Bəli, insana aşikar düşməni olan şeytan, insanı müxtəlif vasitələr ilə ölümü unutdurmağa və ona dünya nemətlərini gözəl göstərməyə çalışmışdır. Bu unutdurmaq yolu ilə insana İlahi məsuliyyəti unutdurmuş və ölüm fobiya hissini onda yaratmışdır. Cismin ölməsi labüddür, aman o gündən ki cisimdən əvvəl insanın qəlbi ölsün. İslaminSesi Oxşar xəbərlər
|