Namazı əvvəl vaxtda qılanın əldə etdiyi 6 fəzilət
Namazı əvvəl vaxtında qılmaq – çox böyük fəzilətlərə malikdir. Bu fəzilətlər ilə tanış olaq:
1. İstəklər həyata keçər. İmam Həsən Əsgəri (ə) buyurur: “Həzrət Musa (ə) Allahdan soruşur: “Allahım! Namazını əvvəl vaxtda qılanların savabı nədir?”. Allah Təala buyurur: “İstəklərini yerinə yetirərəm. Behişti ona mübah edərəm”. 2. Problemlər aradan gedər. Həzrət Peyğəmbər (s) buyurur: “O bəndə ki, namazın vaxtına əhəmiyyət verər, mən üç şeyi onun üçün zəmanət edərəm: - giriftarlıqların aradan qalxmasını, - ölən zaman rahat olmasını, - atəşdən nicat tapmasını”. 3. Behiştə daxil olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin Allahınız buyurur: Bu beş namaz – vacibatdır. Ona görə də hər kim bu namazları vaxtında yerinə yetirərsə, Qiyamət günü Mənimlə görüşəcəkdir. Mənim öhdəmdədir ki, onu behiştə daxil edəm”. 4. Şeytanın (lən) uzaq olması. Həzrət Peyğəmbər (s) buyurur: “O mömin ki, beş namazın vaxtını qoruyur, şeytan davamlı olaraq ondan qorxar. Əgər onu zay edərsə, ona qarşı cürət əldə edər və onu böyük günahlara salar”. 5. Allah ondan razı olar. İmam Sadiq (ə) buyurur: “Namazı əvvəl vaxtda qılmaq – müstəhəb və savabı artıran əməldir”. 6. Səma bəlalarından amanda olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, Sübhan Allah səmadan bəla nazil edər, Quranı həml edənlər, namazın vaxtına riayət edənlər, məscidləri abad edənlər bu bəladan amanda olarlar”. Allah Təala bizləri bu fəzilətlərə çatdırsın, inşəallah! /Deyerler.org/ Oxşar xəbərlər
|