Həzrət Zəhranın (s.ə) bütün xanımlar üçün ibrət olan 10 xüsusiyyəti
Mьəllif: admin1
Tarix: 23-12-2019, 20:35
Həzrət Zəhranın (s.ə) bütün xanımlar üçün ibrət olan 10 xüsusiyyəti
Biz insanlar gərək Allahın bizim üçün təyin etdiyi hədəfə doğru hərəkət etməliyik. Bu yolda təcrübəsi olanlardan ibrət götürmək və dərs almaq bizim işimizi asanladıra bilər.

Bir müsəlman qadın üçün ən gözəl örnək – Həzrət Zəhradır (s.ə).

Xanımın (s.ə) bəşəriyyət üçün örnək sayılan bəzi xüsusiyyətləri ilə tanış olaq:

1. İbadət. Allah Təala buyurur: “Ey mənim mələklərim! Fatiməyə (s.ə) baxın ki, necə Mənim qarşımda dayanmışdır və Mənim qorxumdan bədəni titrəyir.

Mən onun qəlbini Öz ibadətlərimlə məşğul etmişəm. Şahid olun ki, Mən onun dostlarına və davamçılarına cəhənnəm atəşindən aman vermişəm”.

2. Qiyamət günündən qorxması. Xanım (s.ə) Qiyamət gününə görə həmişə nigaran olmuşdur. Atasına Qiyamətlə bağlı çoxlu suallar verərdi.

O zaman ki, Həzrət Peyğəmbərə (s) “Hicr” surəsinin 44-cü ayəsi nazil olur, Həzrət (s) şiddətlə ağlayır. Səhabələri də o Həzrəti (s) bu vəziyyət görərək, ağlamağa başladılar. Ancaq heç kəs onun nə üçün ağladığını bilmirdi.

Həzrət Zəhraya (s.ə) xəbər edirlər və Xanım (s.ə) Həzrətin (s) yanına gəlir və buyurur: “Atacan, sizi narahat edən şey nədir?”.

Həzrət (s) Cəbrayilin (ə) ona nazil etdiyini Xanıma (s.ə) danışır. Xanım (s.ə) Qiyamət gününün qorxusundan halı dəyişir və buyurur: “Vay olsun o kəsə ki, cəhənnəmə daxil olacaqdır”.

3. Quranla munis idi. Xanım Zəhra (s.ə) üçün Quran xüsusi əhəmiyyətə malik idi. O zaman ki, Əmirəl-möminin (ə) Peyğəmbərin (s) yanından qayıdardı, görərdi ki, Xanım (s.ə) təzə nazil olan ayəni zümzümə edir.

Soruşur ki, bu ayəni haradan bilir?

Xanım (s.ə) da cavab verir ki, oğlu Həsən (ə) söyləmişdir.

4. Başqaları üçün dua etmək. Allaha necə ibadət etməyi və necə dua etməyi gərək Xanımdan (s.ə) öyrənək. O, həmişə dua edərdi. Dualarının əksəriyyəti başqalarının hacətləri ilə bağlı olardı. Hətta dua edən zaman da belə, Xanım (s.ə) xüsusi fədakarlıq edərdi.

5. Atasına xüsusi ehtiram göstərərdi. Xanımın (s.ə) atasına olan xüsusi sevgisi və məhəbbəti hamıya bəllidir. Bu səbəbdəndir ki, onu “Atasının anası” adlandırırdılar.

6. Dini sualları cavablandırırdı. Xanım Zəhranın (s.ə) elmi məqamı çox yüksək həddə idi və onu ancaq Məsum İmamların (ə) səviyyəsi ilə müqayisə etmək olardı. Ona görə də qadınlar nə zaman şəri suallara malik olardılar, Xanımın (s.ə) yanına gələr və cavablarını kamil şəkildə alardılar.

7. Ailəsinə və həyat yoldaşına minnətsiz xidmət edərdi. Xanım (s.ə) evin bütün işlərini özü görsə də, heç bir zaman şikayət etməmiş və buna görə minnət qoymamışdır. 4 övladını təkbaşına böyütmüşdür. Bir əlində körpəsinə yemək vermiş və o biri əli ilə dəyirmanı fırladarmış.

Həyat yoldaşına olan hörməti hamı üçün örnək idi.

8. Həya məktəbidir. Həzrət Fatimə (s.ə) təkcə dünya mövzularında həya etməzdi, hətta dünyasını dəyişəndən sonra da belə, razı deyildi ki, kimsə onun cismini görsün.

9. Övladları ilə rəftarı. Xanım (s.ə) övladlarının hamısına məhəbət göstərər və onların ehtiyacına diqqət göstərərdi. Onlarla oyun oynayar və ibadətə təşviq edərdi. Uşaqları arasında ədalətə riayət edərdi. Onların şəxsiyyətini uca tutardı.

10. Vilayəti himayə edərdi. Xanım (s.ə) atasından sonra həyat yoldaşının vilayətini qəbul etmiş və daima onu qorumağa çalışmışdır.

Hətta bu yolda övladını düşürür və qabırğaları zədələnir. Bu yolda şəhid olur.

Allah Təala cəmi möminələri Xanımın (s.ə) həyatından ibrət götürənlərdən qərar versin!




/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031