Mərifət əhli Allahla olan sirləri ifşa etmirlər
Şeyx Muhəmməd Hadi Talihinin övladı nəql edir: “Atam sirr saxlayan insan idi. İndi ariflərin kitabını oxuyan zaman başa düşürəm ki, ariflər bildikləri hər şeyi danışmalı deyildirlər.
Çünki adi insanlar onların bəyan etdiklərindən xəbərsizdirlər və onu dərk etmək tutumuna malik deyildirlər. Əgər danışsalar, həm özləri və həm ətrafında olanlar üçün çətinlik yaratmış olarlar. O, Həmədanda keçirilən Axund Molla Əlinin cənazə mərasimi barəsində deyirdilər ki, Şeyx Muhəmməd Hadi, bu arifin cənazəsində namaz qıldı. O, Həmədanda olan bütün mübarizələrdə iştirak etmiş insan idi. Mən onun oğlunu dəfələrlə Quma – Ayətullah Mərəşşi Nəcəfinin yanına aparmışdım. Mən onun dilindən atasının kəramətlərini eşidirdim. O, deyirdi: “Ayətullah Behcət bizimlə yaxın rabitədə olmuşdur. Bir gün bir yerdə Xanım Məsumənin (s.ə) ziyarətinə gedirdik. O, mənim halımı soruşandan sonra buyurdu: “Siz o saleh insanın yolunun davamçısı olun”. Bu cümlə həmişə qulağımda sırqa olmuşdur. O, hər gün əməllərini mühasibə edər və deyərdi: “Nə qalmağa halım vardır və nə də getməyə. Vay olsun bizim halımıza! Əgər sübh namazını qəza etsək, onun qüssəsini yemirik. Ancaq o zaman ki, 10 tümən ziyan etsək, qəmgin olar və təsirlənərik. Çalış sübh namazını qəza etməyəsən. Əgər imanın səviyyəsini bilmək istəyirsənsə, bax gör sübh namazının qəzası səni qəmləndirir, yoxsa itirdiyin 10 tümən?”. Bəli, arif elə insandır ki, qəlbində ancaq Allah vardır. Sözləri – Allah sözü və getdiyi yol – Allah yoludur. Bu yolda çox çətinliklər və sirlər vardır. Arif bu çətinliklərin öhdəsindən gələr və sirləri ifşa etməz. /Deyerler.org/ Oxşar xəbərlər
|