Böyük günahların bağışlanması yolu
Ravəndi nəql edir: “Həzrət İmam Baqir (ə) oğlu İmam Sadiqlə (ə) Məkkəyə gəlirlər ki, həcc əməlini yerinə yetirsinlər. Məscidul-haramda Kəbəyə yaxın yerdə əyləşirlər. Bir nəfər onlara yaxınlaşır və deyir: “Sualım vardır”.
İmam Baqir (ə) buyurur: “Oğlum Cəfərdən soruş!”. Həmin şəxs deyir: “Böyük günahlara batan insanın hökmü nədir?”. İmam Sadiq (ə) buyurur: “Ramazan ayında bilərəkdən orucunu yemişdir?”. Deyir: “Ondan daha böyük günah etmişdir”. İmam: “Ramazan ayında zina etmişdir?”. Deyir: “Ondan da böyük günah etmişdir”. İmam: “Günahsız insanı öldürmüşdür?”. Deyir: “Ondan da böyüyünü”. İmam: “Əgər İmamları (ə) və Əmirəl-möminini (ə) sevənlərdəndirsə, gərək Kəbə evinə gəlib tövbə etsin. Sonra and içsin ki, artıq o cür günah işlətməyəcəkdir. Ancaq əgər müxaliflərdən olarsa, tövbənin qəbul olma yolu onun üçün olmaz. Deyir: “Allah, siz Həzrət Zəhranın (s.ə) övladlarını öz rəhmətində qərar vermişdir. Mən bu cür cavabı Peyğəmbərdən (s) də eşitmişdim”. Sonra xüdahafizləşib gedir. İmam Baqir (ə) İmam Sadiqə (ə) buyurur: “Bu şəxs Həzrət Xızr idi ki, səni insanlara tanıtmaq istəyirdi”. (İslami saytlara istinadən) Oxşar xəbərlər
|