Bu insanı niyə mömin adlandırmaq olmaz?
İmam Səccad (ə) buyurur: “Allah dərgahında ən mənfur insan o kəsdir ki, İmamı və rəhbəri imam olaraq qəbul etmişdir, ancaq onun əməlinin ardıcılı olmaz”.
İnsanın ən böyük eyiblərindən biri – əqidəsi ilə əməlinin fərqlənməsidir. Dildə bir şeyləri deyir, ancaq əmələ gələndə başqa işlər görür. Allaha imanı vardır, ancaq əməlində onu inkar edir. Allahın Qiyamət günü məhkəməsinə inanır, ancaq əməldə heç bir şey etmir. Həzrət Peyğəmbəri (s) – ən böyük peyğəmbər, Əmirəl-mömini (ə) – ən böyük imam bilir, ancaq əməlində onlara bənzəmir. Xülasə, əqidəsi bir yoldadır, əməli isə başqa yoldadır. Bu insanı mömin adlandırmaq olmaz. Çünki, əqidə əməldən fərqlidir. /Deyerler.org/ Oxşar xəbərlər
|