Cəhənnəmdən çıxanlar
Mьəllif: admin1
Tarix: 24-12-2019, 20:03
Cəhənnəmdən çıxanlar
Bir gün Peyğəmbəri-Əkrəm (s) vəhy mələyi Cəbrailə (ə) buyurdu: "Mənim üçün Cəhənnəmi təsvir et."

Cəbrail Cəhənnəmin təbəqələri və onun əhlini təsvir edərkən birinci təbəqəyə çatdıqda susdu. Həzrət Peyğəmbər (s) soruşdu ki, bu təbəqənin sakinləri kimlərdir?

Vəhy mələyi Cəbrail dedi: "Bura ən asan təbəqədir və onun sakinləri sənin ümmətinin asiləri, günahkarlarıdır."

Peyğəmbəri-Əkrəm (s) soruşdu: "Mənim ümmətdən Cəhənnəmə gedən olacaqmı?"

Cəbrail dedi: "Bəli, böyük günaha yol verib, dünyadan tövbəsiz gedənlər Cəhənnəmə atılacaqlar."

Bu sözləri eşidən Peyğəmbər (s) üç gün ağladı. Dördüncü gün o Həzrətin (s) ziyarətinə gələn Xanım Zəhra (s.ə.) gördü ki, atası üzünü torpağa qoyub ağlayır.

Soruşdu ki, nə baş verib? Həzrət Peyğəmbər (s) vəhy mələyi Cəbrailin dediklərini Xanım Zəhraya (s.ə) çatdırdı və buyurdu: "Vəhy mələyi mənə xəbər vedi ki, Cəhənnəmin birinci təbəqəsi mənim ümmətimin günahkarlarının yeridir və ağlamağımın səbəbi də elə budur."

Xanım Zəhra (ə) ərz etdi: "Vəhy mələyindən soruşdunmu ki, günahkarlar Cəhənnəmə hansı surətdə gedəcəklər?"

Peyğəmbər (s) buyurdu: "Bəli, kişilərin saçlarından və qadınların hörüklərindən yapışaraq onları Cəhənnəmə sarı çəkərlər və elə ki, ora yaxınlaşıb Maliki (Cəhənnəm mələyi) gördükdə, dad-fəryad qoparar və ona belə yalvararlar: Bizə bir qədər möhlət ver ki, öz halımıza ağlayaq.

Malik möhlət verdikdə, o qədər ağlayarlar ki, gözlərinin yaşı quruyar və qan ağlayarlar. Malik deyər: Nə yaxşı olardı ki, dünyada bu cür ağlayaydınız və bu günün qorxusundan gözlərinizdən axıdaydınız!"

Sonra Malik onları Cəhənnəmə atar və onlar birdən fəryad edərlər ki: "Lə iləhə illəllah." Bu zaman od onlardan uzaqlaşar.

Malik odun üstünə qışqırar ki, "ey od, onları bürü!" Od deyər: "Dillərində pak "lə iləhə illəllah" kəlməsi olan halda, onları necə bürüyə bilərəm?"

Malik yenə qışqırar ki: "Onları bürü!" Lakin Haqq tərəfindən xitab olunar ki, "üzlərini yandırma, çünki Allaha səcdə etmişlər və qəlblərini yandırma, çünki mübarək Ramazan ayında susuzluq çəkmişlər." Beləliklə, Allah istəyənə kimi onlar orada qalarlar.

Bir neçə müddətdən sonra vəhy mələyi Cəbrailə nida olunar: "Ümmətin günahkarlarının halı necədir?"

Malik Cəhənnəmin örtüyünü çəkər və günahkarlar Cəbraili gözəl bir surətdə müşahidə edər və deyərlər: "Bu gözəlüzlü şəxs kimdir görəsən?"

Cavab verilər: "Bu, Cəbraildir – o ki, dünyada Həzrət Muhəmmədə (s) vəhy gətirirdi."

Elə ki, Cəhənnəm əsirləri Peyğəmbərin (s) mübarək adını eşidərlər, fəryad çəkib deyərlər: "Bizim tərəfimizdən Muhəmmədə (s) salam yetir və söylə ki, ümmətin günahkarları Cəhənnəmdə giriftardırlar."

Vəhy mələyi bu xəbəri Peyğəmbərə (s) yetirər, bu zaman o Həzrət başını səcdəyə qoyar və Allah dərgahına ərz edər ki: "Ümmətimin günahkarları Cəhənnəmdədir, onları mənə bağışla."

Xitab yetişər: "Onları sənə bağışladım."

Beləliklə, Peyğəmbər (s) onları Cəhənnəmdən çıxarar və onlar kömür kimi qapqara olduqlarından, əvvəlcə "eynül-həyat" adlı bulağa aparılarlar.

Elə ki, o bulaqdan içərlər, zahiri və batini çirkinlikləri təmizlənər, pak-pakizə olarlar, alınlarında isə belə yazılar:

"Mehriban Allahın oddan azad etdiyi şəxslər." Onlar Behiştə aparıldıqları zaman, Behişt əhli onları bir-birinə göstərib deyərlər: "Bunlar nicat tapmış Cəhənnəm əhlidirlər."

Belə olduqda onlar deyərlər: "Ey Rəbbimiz! Rəhm edərək bizi Behiştə gətirdin, elə isə bu əlaməti alnımızdan sil." Onların istəkləri yerinə yetirilər və həmin əlamət alınlarından silinər." (Məcməuz-zəvaid, səh.386; Müsnədi-Əhməd, c.3, səh.144; Sünəni-Darəmi, c.1, səh.27; Kumeyl duasının şərhi, Ustad Hüseyn Ənsarian, səh.413-416.)

Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031