Həzrət İsanın (ə) göstərdiyi möcüzələr
Allah İsaya (ə) Tövrat kitabını öyrətmişdir və İncili öyrətmişdir. Özünün xüsusi elmini ona əta etmişdir.
Allah adətən peyğəmbərlərini (ə) məbus edən zaman onlara möcüzə göstərmək qabiliyyətini verir ki, insanlar ona inansınlar. Hər bir peyğəmbərin (ə) özünəməxsus möcüzəsi olmuşdur. Qurani-Kərim Həzrət İsanın (ə) bir çox möcüzəsi barəsində xəbər vermişdir: 1. Həzrət İsa (ə) hələ kiçik yaşında danışmaq möcüzəsinə malik olur. Bu yolla anasını müdafiə edir və özünün peyğəmbər olduğunu sübut edir. 2. Gildən quş düzəldir və sonra ona üfürür və həmin quş Allahın izni ilə dirilir. 3. Allah ona icazə verir ki, korlara şəfa versin. 4. Onun ən çox heyrətləndirən möcüzəsi – ölüləri diriltmək olmuşdur. 5. O, Allahın izni ilə insanlara evdə saxladıqları şeylərdən xəbər verərdi. 6. Səma süfrəsi və ya səma maidəsi həvarilərin istəyi ilə baş verir. Səmadan süfrə nazil olur və baxmayaraq ki, üzərində 9 çörək parçası və 9 kiçik balıq var idi, ancaq 4700 nəfəri doyuzdurur. Həzrət İsanın (ə) bu möcüzələrinə baxmayaraq, çox az insan ona iman gətirir. Ona iman gətirənlər əsasən həvarilər olur ki, 12 nəfərdən ibarət idilər. Həzrət İsa (ə) kimi lənətləyirdisə, Allahın istəyi ilə həmin insan heyvana çevrilirdi. Misal üçün, meymuna. Lakin bütün bunlar belə, Bəni-İsrayili qəflət yuxusundan ayıltmır və onların nadanlığının həddi-hüdudu olmur. Həzrət İsanı (ə) öldürmək qərarına gəlirlər və onu öldürdüklərini zənn edirlər. Amma Allah Təala Həzrət İsanı (ə) xilas edir. /Deyerler.org/ Oxşar xəbərlər
|