Əbu Ləhəb (lən) barədə “Məsəd” surəsi necə nazil olub?
Mьəllif: admin1
Tarix: 26-12-2019, 19:45
Əbu Ləhəb (lən) barədə “Məsəd” surəsi necə nazil olub?
“Və (əvvəlcə) yaxın qohumlarını qorxut və xəbərdarlıq et”. (“Şuəra” 214).

İbni Abbas nəql edir: “Bu ayə nazil olan zaman Həzrət Peyğəmbər (s) Səfa dağına çıxdı və yüksək səslə buyurdu: “Ey Qureyşlilər!”.

Qureyşlilər dedilər:” Bu Muhəmməddir (s) ki, Səfanın zirvəsindən səslənir”.

Hamı toplaşdı və ora getdilər. Dedilər: “Nə olub, ya Muhəmməd (s)?”.

Həzrət (s) buyurur: “Əgər mən sizə desəm ki, bu dağın arxasında bir dəstə atlı vardır, mənim sözümə inanarsınızmı?”.

Dedilər: “Bəli”.

Həzrət (s) buyurur: “İndi mən sizi ağır əzabdan qorxuduram.

Ey Əbdülmütəllibin övladları! Ey Əbdumənafın övladları!...”.

Bu tərtiblə Qureyşin nəsillərinin adını çəkdi. Buyurdu: “Allah mənə əmr etmişdir ki, yaxın qohumlarıma təhlükəni elan edəm.

Mən sizin üçün dünya və axirətdə heç bir xeyiri və faydanı zəmanət edə bilmərəm, məgər o halda ki, deyəsiniz: “La iləhə illəllah!”.

Bu zaman Əbu Ləhəb deyir: “Həlak olasan! Elə buna görə bizi yığmısan?”.

Bu zaman Allah “Məsəd” surəsini nazil edir”.

“Bağışlayan və mehriban Allahın adı ilə.

Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!

Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də) ondan uzaqlaşdıra bilməz.

O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır.

Və onun odun daşıyan zövcəsi də (Cəhənnəm oduna girəcəkdir).

Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına və Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə cəhənnəmdə də əməllərin eynilə təcəssüm olaraq «Zəqqum» ağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır)”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031