Qəbir əzabı görən qızın hekayəsi
Hacı Mirzə Əli Qazi nəql edir: “Nəcəfdə yaşayan zaman qonşulardan birinin anası vəfat edir. Bu ananın bir qızı vardı ki, anasını çox sevirdi və bu sevgi, həddi aşan sevgilərdən idi.
O zaman ki, anasını basdırmaq üçün qəbiristana gətirirlər, qız deyir ki, məni də anamlı birlikdə basdırın, mən onsuz yaşaya bilmərəm. Ona görə də insanlar məcbur olub, qızı anasının yanında uzadırlar və üzərini taxta ilə örtürlər və torpaq tökmürlər. Elə ki, sabahısı günü qızın halını yoxlamaq üçün gəlirlər, görürlər ki, qızın bütün saçları ağarmışdır. Qızdan bunun səbəbini soruşurlar və o, deyir: “Gecə qəbirdə yatmışdım və anidən gördüm ki, iki mələk gəldi və iki tərəfdə dayandılar. Möhtərəm bir insan da gəlmişdi və o da ortada dayandı. O mələklər anama əqidəsi ilə bağlı suallar verdilər. Anam da cavablarını verirdi. Tövhiddən soruşdular və anam doğru cavab verdi. Nübuvvətdən sual verirdilər və anam doğru cavab verdi. Soruşdular ki, sənin İmamın (ə) kimdir? Ortada dayanan şəxs dedi: “Mən onun İmamı (ə) deyiləm”. Bu zaman o iki mələk anamın başına elə vurdular ki, atəşin şöləsi səmaya ucaldı. Mən də bu hadisənin dəhşətindən təsirləndim və saçlarım ağardı". Bu qızın bütün ailəsi əhli-təsənnün məzhəbində idilər. Bu hadisənin təsiri altında Əhli-Beyt (ə) məzhəbini qəbul etdilər. Qız hamıdan əvvəl Əhli-Beyt (ə) davamçısı olur. Hədislərə əsasən deyə bilərik ki, ortada dayanan o möhtərəm insan İmam Əli (ə) olmuşdur”. (Deyerler.org) Oxşar xəbərlər
|