Qurani-Kərimdə xoşbəxtlər
1. Təqvalılar
İslam maarifində vacibləri yerinə yetirmək və günahlardan çəkinmək təqva, vacibləri yerinə yetirən və günahlardan çəkinən şəxs isə təqvalı adlanır. “Qohum-əqrəbaya, yetimlərə və yoxsullara yardım edirlər.” (“Bəqərə”/177.) “Qıtlıq zamanı (Allah yolunda) infaq (yardım) edirlər.” (“Ali-İmran”/134.) “İnsanların müqabilində qəzəblərini udurlar.” (“Ali-İmran”/134.) “Qiyamətdən qorxur və əməllərinə qarşı diqqətlidirlər.” (“Ənbiya”/49.) “Öyüd və nəsihət qəbul edirlər.” (“Bəqərə/66.) “Öz sözlərinə əməl edir, əhd-peymanlarına sadiqdirlər.” (“Tövbə”/7.) “Dünyada fitnə-fəsad törətmirlər.” (“Qəsəs”/83.) “Ölümdən qabaq öz əmlakı üçün vəsiyyət edirlər.” (“Bəqərə”/180.) “Tövbə edirlər və (tövbədən sonra) etdikləri pis işə bir daha qayıtmırlar.” (“Ali-İmran”/135.) “Namz qılır və Allah yolunda infaq (yardım) edirlər.” (“Bəqərə”/3.) Oxşar xəbərlər
|