Şeytanın (lən) qardaşları kimlərdir?
O kəslər ki, insanları yolundan azdırar və günaha düçar edər – onlar şeytanın (lən) yaxın qardaşları hesab olunur.
Şeytanın qardaşları o kəslərdir ki, fitnə yaratmağı sevirlər. Onların qan tökülməsindən xoşları gəlir və müsəlmanları dava etmək üçün təhrik edərlər. Bu insanlar şeytanın vəsvəsələri altında möminlərlə vuruşarlar. “(Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş (və murdar olmuş) şeydən yeməyin ki, onu yemək əlbəttə, (Allaha qarşı) itaətsizlikdir. Həqiqətən şeytanlar öz köməkçi və dostlarına sizinlə mübahisə edərək çəkişsinlər deyə, gizlincə («Allahın öldürmüş olduğu heyvan sizin öldürdüyünüzdən daha yaxşıdır» kimi sözlər) təlqin edirlər. Əgər onlara itaət etsəniz, onda siz də (ya doğrudan da) müşriksiniz (ya da müşrik hökmündəsiniz)”. (“Ənam” 121). Qurani-Kərim şeytanın (lən) dostlarını bizə belə tanıdır: 1. Qorxaq olanlar. “Həqiqətən öz dostlarını (şayiələrlə düşməndən) qorxudan yalnız şeytandır. Odur ki, əgər möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!”. (“Ali-İmran” 175). 2. İmansızlar və şirk edənlər. «Ey Adəm övladları, məbada şeytan ata və ananızı Cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi, sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O, bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir). Əlbəttə, Biz şeytanları imanı olmayan kəslərin başçıları etmişik». (“Əraf” 27). 3. Dində süst olanlar. “Allahdan başqa (və Onun müqabilində) özlərinə hami və yardımçı qəbul edən kəslər (etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi baxımından) özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər”. (“Ənkəbut” 41). 4. İsraf əhli. “Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə (malı haram yolda xərcləmə və halal yolda xərcləməkdə həddini aşma). Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və Şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankor olub”. (“İsra” 27-28). /Deyerler.org/ Oxşar xəbərlər
|