İnsanın tövbə etmək şansına qarşı, şeytan (lən) hansı hiyləni işə salır?
Mьəllif: admin1
Tarix: 29-12-2019, 10:39
İnsanın tövbə etmək şansına qarşı, şeytan (lən) hansı hiyləni işə salır?
“Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər”. (“Ali-İmran” 135).

İmam Sadiq (ə) buyurur: “O zaman ki, bu ayə nazil olur, İblis bütün yoldaşlarını toplayır və çarə axtarırlar. Xənnas deyir: “Mən onlara vədə verərəm və arzulara giriftar edərəm ki, günaha düçar olsunlar. O zaman ki, günah edərlər, istiğfar etməyi onların yadından çıxardaram””.

Hədislərimiz buyurur ki, hər kim günahlarına diqqət etməz və onlara görə tövbə etməz, günahında israr etmiş olar. Günahda israr etmək isə tövbə fikrində olmamaqdır. Hər kim günahına görə tövbə etməyi düşünməz – həmin günahda israr etmiş olar.

Yuxarıdakı ayədən çıxartdığımız nəticələr:

1. Bəzən təqvalı insanlar belə, günah edirlər.

2. Günahın özündən də təhlükəli olanı odur ki, insan tövbə fikrində olmaz. Təqva əhli günah edən kimi tövbə edər və onu təxirə salmaz.

3. Təqvanın nişanəsi odur ki, insan etdiyi günahına görə tez tövbə etsin.

4. Allahı yada salmaq – tövbənin rəmzidir.

5. O zamana qədər ki, Allahı yada salmaq möminin qəlbində diri olar – təqvalıların sırasına daxil ola bilər.

6. Günah – özünə zülm etməkdir.

7. Günahları ancaq Allah bağışlayar.

8. Təqvalı insan o kəsdir ki, günahda israr etməz.

9. Agah şəkildə günaha israr etmək – İlahi məğfirətdən məhrum olmağa gətirib çıxardar.
(Deyerler.org)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031