Özünə dost seçməyin universal üsulu
İmam Sadiq (ə) buyurur: “Üç şey vardır ki, əgər kimdə olarsa, ağa və sərvər olar: qəzəbini yatızdırmaq, pis əməlli insanı bağışlamaq, can və mal ilə sileyi-rəhm etmək”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qəzəbini yatızdırar – Allah cəzasını ondan götürər. O kəs ki, dilini saxlayar – Allah onun eyiblərini gizlədər”. İmam Əli (ə) buyurur: “Ən üstün kəs odur ki, əgər onu qəzəbləndirsələr – səbir edər. Ona zülm edilərsə – bağışlayar. Ona pislik edilərsə – yaxşılıq edər”. İmam Əli (ə) buyurur: “Dostu qəzəbləndirmək və xəcalətli etmək – ondan ayrılmağın müqəddiməsidir”. İmam Rza (ə) buyurur: “Bir-birinizi görməyə gedin və bir-birinizin əlini sıxın və bir-birinizə qəzəblənməyin”. İmam Sadiq (ə) buyurur: “Üç kəs üç şeydən başqasında tanınmaz: səbirli olmaq – qəzəblənən zaman, igid olmaq – müharibədə, qardaşlıq – ehtiyaclı olan zaman”. İmam Əli (ə) buyurur: “Həsəd aparan insan tez qəzəblənər və kini qəlbindən gec çıxar”. İmam Əli (ə) buyurur: “Öz nəfsinlə cihad et və qəzəbinə hakim ol. Pis adətlərinlə müxalifətlik et o zamana qədər ki, nəfsin təmizlənər. Ağlın kamala çatar və Allahın mükafatından kamil şəkildə bəhrə alarsan”. İmam Sadiq (ə) buyurur: “Hər kim qəzəbini yazıtdırar, Allah Təala dünya və axirətdə onun izzətini artırar”. İmam Əli (ə) buyurur: “Səbirli olmaq qəzəb atəşini yatızdırar, sərtlik isə onu alovlandırar”. İmam Hadi (ə) buyurur: “Əlinin altında olanlara qəzəblənmək – alçaqlığın nişanəsidir”. Həzrət Peyğəmbər (s) buyurur: “Bilin ki, qəzəb insan qəlbində olan bir parça atəşdir. Məgər qızarmış gözlərini və boynunun damarlarını görməyiblər. Hər kimdə bu hisslər olarsa, torpağın üzərində əyləşsin”. İmam Sadiq (ə) buyurur: “Mömin o zaman ki, qəzəblənər, qəzəbi onu haqdan çıxartmaz. O zaman ki, razı olar, razı olması onu batilə tərəf çəkməz. Qüdrət əldə edərsə, öz haqqından çoxunu götürməz”. İmam Əli (ə) buyurur: “Qəzəblə tərbiyə etmək (mümkün) deyildir”. İmam Sadiq (ə) buyurur: “O kəs ki, üç dəfə sənə qəzəblənər, ancaq sənə pis söz deməzsə – onu özün üçün dost seç”. /Deyerler.org/ Oxşar xəbərlər
|