Şəhvət adlı qorxulu ağacın yeddi çirkin budağı
Mьəllif: admin1
Tarix: 30-12-2019, 17:33
Şəhvət adlı qorxulu ağacın yeddi çirkin budağı
Şəhvət insanın ələ keçirmək istədiyi bir şeyə şiddətli rəğbətidir. Əgər bu rəğbət çirkin işlərədirsə, insanı günaha batıracaq və nəhayət, insan dünya və axirət əzabına düçar olacaqdır.

Şəhvətin oyanmasının səbəbi dünyaya hədsiz məhəbbətdir. Bu insan şeytan qucağında bitmiş ağac kimidir. Onun budaqları şəhvət, meyvəsi günahdır.

Bu ağac Cəhənnəmdəki Zəqqum ağacının oxşarıdır. Əlbəttə ki, həyəcanlanmış şəhvət qarşısında moizə və nəsihət də təsirsizdir.

Bəsirət əhli belə bəyan edir ki, çox nəfslərdə kök atmış bu qorxulu ağacın yeddi çox çirkin budağı var:

1. Məqam, vəzifə və cah-cəlal şəhvəti;

2. Var-dövlət şəhvəti;

3. Ev-eşik, imarət şəhvəti;

4. Qadına şəhvət;

5. Ləzzətli yeməklər və məstedici içkilər şəhvəti;

6. Qiymətli və əlvan geyim şəhvəti;

7. Günahkarlarla yaxınlıq şəhvəti.

Bu yeddi şəhvət istər-istəməz insanda yeddi şeytani sifət doğurur:

1. Təkəbbürlülük və lovğalıq;

2. Riyakarlıq;

3. Həsəd;

4. Hərislik və tamah;

5. Xəsislik;

6. Zülm;

7. Qəzəb.

Şəhvət zülmətində qərq olanlar ölüm məqamında qəflətən oyandıqları zaman anlayırlar ki, düzəlişi mümkün olmayan bir səhvə yol veriblər.

İmam Sadiq (ə) ata-babalarından Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir:

طُوبَى لِمَنْ تَرَكَ شَهْوَةً حَاضِرَةً لِمَوْعُودٍ لَمْ يَرَهُ

“Xoş o kəsin halına ki, hazırda mövcud olan şəhvəti görmədiyi Behişti qazanmaq üçün tərk edir.” (“Əl-əmali”, Şeyx Müfid, səh.51.)

حُفَّتِ اَلْجَنَّةُ بِالْمَكَارِهِ وَ حُفَّتِ اَلنَّارُ بِالشَّهَوَاتِ

“Cənnət çətinliklərlə (bəndəlik və ibadət əziyyəti ilə), Cəhənnəm isə şəhvətlərlə əhatə olunmuşdur.” “Biharul-ənvar”, c.68, səh.72.)

Bir şəxs İmam Baqirə (ə) dedi:

إِنِّي ضَعِيفُ اَلْعَمَلِ قَلِيلُ اَلصِّيَامِ وَ لَكِنِّي أَرْجُو أَنْ لاَ آكُلَ إِلاَّ حَلاَلاً

“Əməlim zəif, orucum isə azdır. Amma ümid edirəm ki, yediyim yalnız halaldır.”

Həzrət (ə) buyurdu:

أَيُّ اَلاِجْتِهَادِ أَفْضَلُ مِنْ عِفَّةِ بَطْنٍ وَ فَرْجٍ

“Hansı iş qarını və şəhvəti iffətli saxlamaqdan (haramdan qorumaqdan) üstündür?!” (“Əl-kafi”, c.2, səh.79.)

Peyğəmbəri-Əkrəm (s) buyurur:

أَكْثَرُ مَا تَلِجُ بِهِ أُمَّتِي فِي اَلنَّارِ اَلْأَجْوَفَانِ اَلْبَطْنُ وَ اَلْفَرْجُ

“Mənim ümmətimi Cəhənnəm oduna daxil edən iki əsas səbəb qarın və cinsi şəhvətdir.” (“Əl-kafi”, c.2, səh.79; “Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.498-503.)


(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031