“Fatihə” surəsində gizlənən 7 sirr
Roma Papası, Bəni-Abbas xəlifələri üçün belə bir məktub yazır: “Biz İncil kitabında oxumuşuq ki, hər kim ixlasla bu surəni oxuyarsa, Allah onun cəsədini atəşə haram edər. Bu surədə bu yeddi hərf olmaz: s, c, x, z, ş, za, f.
Biz nə qədər axtardıqsa, belə bir surəni nə İncildə və nə də Tövratda tapmadıq. Sizin səma kitabınızda belə bir surə vardırmı?”. Bu məktubu alan Abbasi xəlifəsi alimləri toplayır və bu məsələni onlarla müzakirə edir. Onlar cavab verməkdə aciz qaldılar. Nəhayət bu sualın cavabını İmam Hadidən (ə) soruşurlar. Həzrət İmam Hadi (ə) cavabında buyurur: “Bu surə - “Həmd” surəsidir. Bu yeddi hərf onda yoxdur”. Soruşurlar ki, həmin hərflərin bu surədə olmamasının sirri nədədir? Həzrət (ə) buyurur: “1. S hərfi – səbura (həlaka) işarədir. 2. C hərfi – cəhimə (cəhənnəmin adlarından biridir) işarədir. 3. X hərfi – xəbisə işarədir. 4. Z hərfi – zəqquma işarədir. 5. Ş hərfi – şəqavətə işarədir, yəni bədbəxtliyə. 6. Za hərfi – zülmətə işarədir. 7. F hərfi afətə – yəni bəlaya işarədir”. Xəlifə bu cavabı Roma Papasına yazır və Roma Papası bu məktubda oxuduqlarına görə çox sevinir. O, İslam dinini qəbul edir və müsəlman olan halda vəfat edir. (Deyerler.org) Oxşar xəbərlər
|