Namazla bağlı 54 sual-cavab
Mьəllif: admin1
Tarix: 31-12-2019, 19:46
Namazla bağlı 54 sual-cavab
Namaz – dinimizin sütunudur və hər kim dünyasını dəyişər, ona verilən ilk suallardan biri də namaz olacaqdır.

Bəzən valideynlər övladlarını namaza dəvət etmək üçün yol axtarırlar.

Bəzən tələbə yoldaşının, iş yoldaşının namazla bağlı sualları olur.

Quran və hədislərdə namazın müəmmaları gizlənmişdir ki, bu müəmmalar gənclər, uşaqlar və ümumiyyətlə, hər yaşda olanlar üçün namaza maraq hissi yarada bilər.

Aşağıda namazla bağlı bəzi sualları və onlara cavabları təqdim edirik.

1. Namazın ilk əsası nədir? – Niyyət

2. Namazın ilk zikri nədir? – Təkbirətul-ehram.

3. Gündəlik namazlarda neçə dənə “Bismillah” vardır? – Azı 20 dənə. Birinci və ikinci rükətlərin surələrinin əvvəlində.

4. Gündəlik namazlarda neçə təşəhhüd vardır? – 9 dəfə.

5. Gündəlik namazlarda neçə surə oxunur? – Azı 20 surə.

6. Müsafirin namazı neçə rükət olur? – 11 rükət.

7. Gündəlik namazların dəvətnaməsi nədir? – Azan.

8. Hansı namazlarda surə yoxdur? – Meyit namazında və Ğüfeylə namazında. O cümlədən, bəzi müstəhəb namazlarda da surə oxunmur.

9. Hansı namaz ancaq ayaq üstə qılınırr? – Meyit namazı.

10. Hansı namazın 9 rükusu vardır? – Qurban, Fitr və yağış namazı.

11. Hansı namazı dəstəmazsız qılmaq olar? – Meyit namazını.

12. Hansı ayədə dəstəmazın mərhələləri zikr olunmuşdur. – “Maidə” surəsinin 6-cı ayəsində.

13. Quranın hansı ayəsində camaat namazına işarə edilmişdir? – “Bəqərə” surəsinin 43-cü ayəsində.

14. Quranın hansı ayəsində azana işarə olunmuşdur? “Maidə” surəsinin 58-ci ayəsində.

15. Hansı ayədə namaz, xilas olmağın əsil amili kimi tanıdılmışdır? – “Əla” surəsinin 14-15-ci ayələrində

16. Həzrət Peyğəmbər (s) namazın hansı hissəsinin uzadılmasını tövsiyə etmişdir? – Qunutu.

17. Hansı müstəhəb namaz Həzrət Peyğəmbərə (s) vacib edilmişdir. – Gecə namazı.

18. Quranın hansı ayəsində cümə namazına işarə edilmişdir? – “Cümə” surəsinin 9-cu ayəsində.

19. Namazın hansı halında insan Allaha ən yaxın olur? – Səcdədə.

20. Hansı surədə zöhr namazının əhəmiyyətinə işarə edilmişdir? – “Bəqərə” surəsinin 238-ci ayəsində.

21. Quranın hansı ayəsində beş namaza işarə olunmuşdur? - “Maidə” surəsinin 58-ci ayəsində.

22. Hansı ayədə Allah buyurur ki, namazdan yardım istəyin? – “Bəqərə” surəsinin 153-cü ayəsində.

23. Hansı ayədə deyilir ki, namaz insanı pisliklərdən saxlayar? – “Ənkəbut” surəsinin 45-ci ayəsində.

24. Hansı namazın 10 rükusu vardır? – Ayət namazının.

25. Namazın əsasları (rüknu) neçə dənədir? – Namazı rüknu beşdir:

a) niyyət;

b) təkbirüt-ehram;

c) rükudan bilavasitə öncəki qiyam;

d) rüku;

e) bir rükətin iki səcdəsi.

26. Hansı namazda rüku və səcdə yoxdur? – Meyit namazında.

27. Hansı ayə valideynlərə buyurur ki, övladlarını namaza vadar etsinlər? – “Taha” surəsinin 132-ci ayəsi.

28. Hansı Məsum (ə) namazı gözünün nuru adlandırmışdır? – Həzrət Peyğəmbər (s).

29. İmam Əlinin (ə) nəzərinə görə, ən oğru insan kimdir? – O kəslər ki, namazlarından kəsərlər.

30. Möminləri hansı hal ilə imtahana çəkmək lazımdır? – Namaz vaxtı ilə.

31. Evləri necə nurani etmək olar? – Namaz qılmaq və Quran oxumaqla.

32. Namazın vacibatları neçə dənədir? – 11 şey namazın vacibatıdır:

- niyyət;

- qiyam (ayaq üstə durmaq);

- təkbirətül-ehram (namazın əvvəlində “Allahu Əkbər” demək);

- qiraət;

- zikrlər (təkbirətül-ehram, "Fatihə" və surə, təsbihati-ərbəə, təşəhhüd, rüku və səcdələrin vacib zikri);

- rüku;

- səcdələr;

- təşəhhüd;

- salam;

- tərtib;

- müvalat (namazın hissələrinin ardıcıllığı).

33. Namazda olan hansı cümlədir ki, nöqtəsi yoxdur? – “Lə iləhə iləllah”.

34. Peyğəmbərlə (s) ilk namaz qılan kim olmuşdur? – İmam Əli (ə).

35. Həzrət Zəhra (s.ə) namazın fəlsəfəsi barəsində nə buyurmuşdur? – Allah qarşısında müti olmaq.

36. Namazda hansı surəni oxumaq vacibdir? – “Həmd” (“Fatihə”) surəsini.

37. Zəlzələ, Günəş və Ay tutulan zaman hansı namaz qılınar? – Ayət namazı.

38. Ən üstün namaz hansıdır? – Əvvəl vaxtda qılınan namaz.

39. İslamın zinəti nədir? – Namaz.

40. Hansı Məsum (ə) rüku halında yoxsula zəkat vermişdir? – İmam Əli (ə).

41. Məsciddə hansı namazı qılmaq məkruhdur? – Meyit namazını (Məscidül-haramdan qeyri məsciddə məkruhdur).

42. Hansı namazı qılan gündüz vaxtı nurani olar? – Gecə namazı.

43. İmam Cəfər Sadiqin (ə) son vəsiyyəti nə olmuşdur? – Namazı yüngül hesab etməmək.

44. Namazın açarı nədir? – Dəstəmaz.

45. Vacib namazdan sonra ən üstün namaz hansıdır? – Gecə namazı.

46. Hansı namazın 5 təkbiri vardır? – Meyit namazının.

47. Hansı namaz müsəlmanların toplumunu üzə çıxardır? – Cümə namazı.

48. Hansı namazın hər rükətində qunut vardır? – Cümə namazının.

49. Hansı namaz yalnız camaatla qılınmalıdır? – Cümə namazı.

50. Hansı namaz bir rükətlidir? – Vitr namazı.

51. Hansı namazda 11 rükət vardır? – Gecə namazında.

52. Namazda hansı duanın, zikrin nöqtəsi yoxdur? – Salavatın.

53. Hansı namaz behiştin qəbul olma sənədidir? – Gecə namazı.

54. Həzrət Peyğəmbər (s) hansı namazı “Yoxsulların həcci” adlandırmışdır? – Cümə namazını.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031