Dünyada bir qərib, yaxud bir yoldan ötən kimi ol
Dünyanın xeyir və zərərləri, hiylə və yalanları insanın nəfs halına və təfəkkür tərzinə uyğun qiymətləndirilməlidir. Nəfs istəklərinə məğlub olan insan dünyanın bər-bəzəklərinə aldanaraq, yalnız gördüklərini həqiqət hesab edir. O, yalnız ölüm məqamında maddi nemətlərdən ayrılarkən anlayır ki, həqiqət hesab etdiyi şeylər yalanmış və bütün zəhmətləri bada getmişdir.
Fironlar və qarunlar doğulduqları vaxt heç də bizim tanıdığımız kimi çirkin doğulmurlar. Yalnız sonradan nəfs istəkləri onların düşüncəsini yanlışlığa yönəldir. Amma nəfsani çirkinliklərdən təmiz olan, təfəkkürünü mənasız düşüncələrdən qoruyan, gözəl əxlaqa üstünlük verən insanlar ilahi mərifətdən faydalanır, dünyanı əbədi səadətə çatmaq üçün vasitə bilir və saleh əməl arxasınca gedirlər. İlahi peyğəmbərlər və məsum imamlar dünya bər-bəzəyinə aldanmayan insanlardır. Bütün incəlikləri bəsirət gözü ilə müşahidə edən hal əhli xalqı qəflət yuxusundan oyatmaq üçün çoxlu nəsihətlər etmişlər ki, bu barədə düşünməyə dəyər. İmam Əli (ə) buyurur: انی کنت بفدک فی بعض حیطانها و قد صارت لفاطمة (ع) اذا انا بامراة قد هجمت علی و فی یدی مسحاة و انا اعمل بها فلما نظرت الیها طار قلبی مما تداخلنی من جمالها فشبهتها ببثینة بنت عامر الجمحی و کانت من اجمل نساء قریش فقالت لی یا ابن ابی طالب هل لک ان تزوجنی و اغنیک عن هذه المسحاة و ادلک علی خزائن الارض و یکون لک الملک ما بقیت فقلت لها من انت حتی اخطبک من اهلک فقالت انا الدنیا فقلت لها ارجعی فاطلبی زوجا غیری فلست من شانی “Həzrət Zəhraya (ə) məxsus Fədək bağlarında işlədiyim vaxt Qureyş tayfasından olan gözəl bir qadın mənə yaxınlaşıb dedi: “Əgər mənimlə evlənmək istəsən, sənə gəlməyə razıyam. Sənə ehtiyaclarını aradan qaldırmaqda köməkçi olar, yerdəki xəzinələrin yolunu göstərər və səni dünyada soltanlığa çatdıraram.” Soruşdum: “Kimsən ki, səninlə evlənim?” Dedi: “Dünya.” Dedim ki, get özünə başqa bir ər axtar, çünki dünyaya üç dəfə talaq vermişəm və geriyə də yol yoxdur.” (“Biharul-ənvar”, c.70, səh.84.) Dünyanın hiylələrinə aldanan insan alnına əbədi həlakət damğası basmış, dünya və axirət faydalarından məhrum olmuşdur. Dünyaya rəğbət göstərməyən isə Allahın razılığı kimi bir xəzinəyə yol tapmışdır. İmam Sadiq (ə) buyurur: مَنْ زَهِدَ فِي اَلدُّنْيَا أَثْبَتَ اَللَّهُ اَلْحِكْمَةَ فِي قَلْبِهِ وَ أَنْطَقَ بِهَا لِسَانَهُ وَ بَصَّرَهُ عُيُوبَ اَلدُّنْيَا دَاءَهَا وَ دَوَاءَهَا وَ أَخْرَجَهُ مِنَ اَلدُّنْيَا سَالِماً إِلَى دَارِ اَلسَّلاَمِ “Allah-Taala, dünyadan çəkinib ona rəğbət göstərməyən kəsin qəlbinə hikmət vermiş, dilini açmış, dünyanın eyibləri, ondakı xəstəlikləri və şəfasını görmək üçün qəlb gözünə işıq vermişdir. Onu dünyadan sağ-salamat və nöqsansız əmin-amanlığa doğru aparacaqdır.” (“Vəsailuş-şiə”, c.16, səh.10.) İmam Kazımdən (ə) nəql olunur ki, Loğman öz oğluna belə dedi: يا بُنَيَّ، إنَّ الدُّنيا بَحرٌ عَميقٌ، قَد غَرِقَ فيها عالَمٌ كَثيرٌ، فَلتَكُن سَفينَتُكَ فيها تَقوَى اللّه، وحَشوُهَا الإِيمانَ، وشِراعُهَا التَوَكُّلَ، وقَيِّمُهَا العَقلَ، ودَليلُهَا العِلمَ، وسُكّانُهَا الصَّبرَ “Ey oğul! Doğrudan da, dünya dərin bir dəryadır. Çox aləmlər onda qərq olmuşdur. Bu dəryada öz gəmini ilahi təqva, bu gəminin yükünü iman, yelkənini təvəkkül, sürücüsünü əql, yol göstərənini elm )və mərifət(, ləngərini (lövbərini) səbir qərar ver.” (“Əl-kafi”, c.1, səh.15.) Peyğəmbəri-Əkrəm (s) buyurur: کنْ فِی الدُّنْیا کانَّک غَریبٌ اوْ کانَّک عابِرُ سَبیلٍ وَعُدْ نَفْسَک فی اصْحابِ الْقُبُورِ “Dünyada bir qərib, yaxud bir yoldan ötən kimi ol və özünü qəbir əhli hesab et.” (“Biharul-ənvar”, c.70, səh.99.) İmam Sadiq (ə) İbn Cündəbə buyurur: “Əgər axirət evində Allaha yaxın və Firdövsdə (Behiştdə) sakin olmaq istəyirsənsə, dünyanı yüngül saymalısan.” (“Tuhəful-uqul”, səh.303.) İslam maarifindən məlum olur ki, dünya saleh əməl və axirət üçün istifadə olunarsa xeyirlidir. Dünyanın necəliyi insanın əqidəsindən asılıdır. Əgər insan dünyada iman, əxlaq, saleh əməl qazanırsa, bu dünya, heç şübhəsiz ki, faydalıdır. Günah qazanılan dünya isə insanın zərərinədir. Dünya ilə əlaqədə olmadan onun haqqında söz demək olmaz. Dünyanın necəliyi insanın dünya ilə əlaqəsinin keyfiyyətindən bəlli olur. İmam Sadiq (ə) insanı doğru yoldan uzaqlaşdıran dünya haqqında buyurur: جُعِلَ اَلشَّرُّ كُلُّهُ فِي بَيْتٍ وَ جُعِلَ مِفْتَاحُهُ حُبَّ اَلدُّنْيَا “Pisliklər bir evdə toplanmış və onun açarı isə dünya məhəbbəti qərar verilmişdir.” (“Mişkatul-ənvar”, səh.264.) Böyük şəxsiyyətlər demişlər: “Dünyaya daxil olmaq asan, ondan sağ-salamat çıxmaq isə olduqca çətindir.” “Əgər axirət əbədi gil qab, dünya isə müvəqqəti qızıl cam olsaydı, axirəti seçmək lazım gələrdi. Halbuki axirət əbədi qızıl qab, dünya isə müvəqqəti gil camdır.” (“Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.469-473.) Maide.Az Oxşar xəbərlər
|